DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Zaporojye ətrafındakı vəziyyəti Putinlə müzakirə etmək niyyətindədir

© AP Photo / Vahid SalemiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Türkiyə prezidenti bildirib ki, ölkəsi Ukrayna böhranının diplomatiya və danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirəcək.
BAKI, 19 avqust — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə etmək istədiyini bildirib.
"Ukrayna Prezidenti Volodimir Zelenski bizdən xüsusi olaraq xahiş etdi ki, Rusiya AES ətrafındakı bütün minaları təmizləsin və vəziyyətin təhdidedici miqyasına görə bunu mümkün qədər tez etsin. Mən də Lvovda ikinci Çernobıl istəmirik dedikdə bunu nəzərdə tuturdum. Bu məsələni cənab Putinlə müzakirə etmək niyyətindəyəm. Rusiya sülhü təmin etmək üçün bu mühüm addımı atmalıdır", - Ərdoğan cümə axşamı Lvovdan qayıdarkən jurnalistlərə deyib.
Ərdoğan bildirib ki, Türkiyə Ukrayna böhranının diplomatiya və danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirəcək.
"Lvovdakı görüşdə qeyd etdim ki, biz müharibəni diplomatiya və danışıqlar yolu ilə bitirmək üçün səylərimizi davam etdirəcəyik. Xatırladım ki, Soçidə Rusiya Prezidenti Vladimir Putinə onun Zelenski ilə görüşü üçün yer verməyə hazır olduğumuzu demişəm", - deyə Ərdoğan qeyd edib.
Avqustun 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş keçirilib.
Lvov şəhərindəki Pototski sarayındakı görüş 40 dəqiqə davam edib.
Mətbuata qapalı keçirilən üçtərəfli sammitdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da iştirak edib.
Qeyd edək ki, Ukrayna hərbçiləri Enerqodar, ətraf kəndləri və Zaporojye AES-in şəhərə bitişik ərazisini mütəmadi olaraq atəşə tutmaqda davam edir. Avqustun 17-də onlar atom elektrik stansiyasının ərazisinə ən azı altı mərmi atıblar, stansiya zədələnməyib. Enerqodar da kütləvi atəşə məruz qalıb.
Mart ayından Zaporojye AES Rusiya ordusunun nəzarətindədir. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq nöqteyi-nəzərindən Rusiya hərbçilərinin elektrik stansiyasını mühafizə etdiyini vurğulayıb.
Bir müddət əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Ukrayna Zaporojye AES ətrafında yaranmış vəziyyətdə nüvə şantajı ilə məşğuldur. Diplomat Kiyev rejiminin 2022-ci il avqustun 19-na BMT-nin baş katibi Antonio Quterreşin Ukraynaya səfəri ilə bağlı Zaporojye AES-də təxribat planlaşdırdığını təsdiqləyib.
Çernobıl nüvə stansiyasında baş verən fəlakətin fəsadları ilə mebarizə aparanların şərəfinə uçaldılmış abidə - Sputnik Azərbaycan, 1920, 19.08.2022
DÜNYA XƏBƏRLƏRİ
Ərdoğan: Çernobıl faciəsinin təkrarlanmasını istəmirik
Xəbər lenti
0