CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İdman mərc oyunlarından əldə olunan gəlir daha MOK-a verilməyəcək!

© bukstavkinasport.comMərc oyunları
Mərc oyunları - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Artıq əldə edilən məbləğdən idmanın inkişafına yönəldiləcək hissə Gənclər və İdman Nazirliyinin müəyyən edəcəyi quruma ödəniləcək.
BAKI, 19 avqust — Sputnik. "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli qərarında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bundan sonra idman mərc oyunlarının keçirilməsindən əldə olunan toplam dövriyyədən vergilər tutulduqdan sonra qalan məbləğindən bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə deyil, Gənclər və İdman Nazirliyinin müəyyən edəcəyi quruma ödəniləcək.
Nazirlər Kabineti “İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsinin müəyyən edilməsi barədə” qərarda da dəyişiklik edib.
Dəyişikliyə əsasən, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldilən hissəsi aşağıdakı qaydada müəyyən edilib:
- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğinə çatanadək - hər ay üçün aylıq dövriyyənin 1 faizi;
- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğinə çatan ay üçün - aylıq dövriyyənin 100 000 000 (yüz milyon) manata çatanadək olan hissəsinin 1 faizi, 100 000 000 (yüz milyon) manat məbləğindən artıq olan hissəsinin 2,5 faizi;
- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz
milyon) manat məbləğindən artıq olduqda - hər ay üçün aylıq dövriyyənin 2,5 faizi.
Qeyd edək ki, bundan əvvəl qüvvəyə olan qərara əsasən, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi hər ay üzrə 500 000 (beş yüz min) manat həcmində müəyyən edilmişdi.
Xəbər lenti
0