Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakıda 6 yeni məktəb fəaliyyətə başlayır

məktəb  - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Ehtiyac olan 92 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.
BAKI, 19 avqust — Sputnik. Bakıda bu tədris ilində yeni inşa edilmiş 6 məktəbin fəaliyyətə başlaması gözlənilir.
Bu barədə "Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Yeni inşa edilmiş məktəb binaları Binə qəsəbəsi Atçılıq yaşayış massivində (292 nömrəli tam orta məktəb), Kürdəxanı qəsəbəsində (304 nömrəli tam orta məktəb), Xəzər rayonu Bolluq massivində (334 nömrəli tam orta məktəb), Yeni Yasamal yaşayış massivində (133 nömrəli tam orta məktəb), Binə qəsəbəsində (88 nömrəli tam orta məktəb) və Binəqədi qəsəbəsində (yeni məktəb) yerləşir.
İdarədən, həmçinin bildirilib ki, paytaxtda bir sıra məktəblərdə əsaslı və cari təmir işləri aparılıb. Belə ki, 2 məktəb üçün (71, 307 nömrəli məktəblər) yeni bina və ya əlavə tədris korpusu inşa olunub. 4 məktəbdə (35, 87, 263, 205 nömrəli məktəblər) köhnə korpuslar sökülərək yenidən tikilib. 1 məktəbdə (320 nömrəli tam orta məktəb) əsaslı təmir və bərpa-gücləndirmə işləri aparılıb. Eləcə də ehtiyac olan 92 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.
Xəbər lenti
0