Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Artilleriya atəşinin ustaları" müsabiqəsinin final mərhələsi başlayıb

© AR Ministry of DefenceArtilleriya atəşinin ustaları" müsabiqəsi
Artilleriya atəşinin ustaları müsabiqəsi - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
2S12B minaatan komplekslərinin ekipajları çoxməqsədli yüngül zirehli MT-LB texnikasını idarə etməyi nümayiş etdirirlər.
BAKI, 19 avqust — Sputnik.Qazaxıstan Respublikasında "Beynəlxalq Ordu Oyunları – 2022" "Artilleriya atəşinin ustaları" müsabiqəsinin final mərhələsi – "Estafet yarışı" start götürüb.
Bu mərhələdə hər komandadan iki hesablayıcı iştirak edir, marşrutu bitirdikdən sonra birinci hesablayıcı estafeti ikinci hesablayıcıya ötürür, ikinci hesablama bitən kimi vaxt dayanır.
2S12B minaatan komplekslərinin ekipajları çoxməqsədli yüngül zirehli MT-LB texnikasını idarə etməyi nümayiş etdirirlər. 2B11 minaatan, RPG-7V qumbaraatan və AK-74 hücum tüfəngi ilə hədəflərə zərbələr endirilir.
"Estafet" müsabiqəsinə sabah yekun vurulacaq.
"Artilleriya atəşinin ustaları" müsabiqəsinin beynəlxalq mərhələsi 23 avqust 2022-ci ildə başa çatacaq. Burada 200-ə yaxın ən yaxşı topçu iştirak edir.
Beynəlxalq Ordu Oyunları - 2022
Bu il Beynəlxalq Ordu Oyunları 12 ölkədə, o cümlədən Belarus, Azərbaycan, Əlcəzair, Venesuela, Vyetnam, İran və Rusiyada keçirilir. Oyunlarda 37 ölkədən 270-dən çox komanda iştirak edir, o cümlədən yeni gələnlər arasında Niger və Ruanda da var.
Azərbaycan hərbçiləri Ordu Oyunları-2022-nin dörd yarışında iştirak edirlər: "Tank biatlonu", "Dəniz kuboku", "Artilleriya atəşinin ustaları" və "Snayper həddi".
Azərbaycan beşinci dəfədir ki, dəniz kuboku yarışına ev sahibliyi edir. "Dəniz kuboku" yarışı avqustun 27-dək davam edəcək
Sputnik "Ordu-2022" forumunun beynəlxalq informasiya tərəfdaşıdır.
Azərbaycan tankçıları qalib olublar - Sputnik Azərbaycan, 1920, 19.08.2022
HƏRBİ
Azərbaycan tankçıları qalib olublar - VİDEO
Xəbər lenti
0