https://sputnik.az/20220819/abituriyentler-ixtisas-secimi-erizesini-tesdiqleyibler-445178353.html
Abituriyentlər ixtisas seçimi ərizəsini təsdiqləyiblər
Abituriyentlər ixtisas seçimi ərizəsini təsdiqləyiblər
Sputnik Azərbaycan
Ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməlidir. 19.08.2022, Sputnik Azərbaycan
2022-08-19T11:55+0400
2022-08-19T11:55+0400
2022-08-19T11:55+0400
təhsil
dim
imtahan
abituriyent
"abituriyentin elektron ərizəsi"
https://cdnn1.img.sputnik.az/img/41531/15/415311568_1141:178:4664:2159_1920x0_80_0_0_65b5456d18e9f99012c9aeff855ad4c5.jpg
BAKI, 19 avqust — Sputnik. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçimi davam edir.DİM-dən Sputnik Azərbaycan-a bildirilib ki, ixtisas seçimi bütün qruplar üzrə avqustun 28-dək internet vasitəsilə aparılır. Bu gün saat 09:20-yə olan məlumata görə, 22 min 588 ərizə təsdiqlənib.İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər. İmtahan verdikləri ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyentlər həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edirlər.Abituriyent ixtisas seçimi edərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Seçiləcək ixtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.Qeyd edək ki, müsabiqədə iştirak edənlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Məsləhət mərkəzləri"nə müraciət edə bilərlər. "Məsləhət mərkəzləri" haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.Məlumat üçün bildirək ki, ixtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41531/15/415311568_1091:149:4664:2828_1920x0_80_0_0_d3f8ebdc094727929ae8b7b63361fa7a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dim, imtahan, abituriyent, "abituriyentin elektron ərizəsi"
dim, imtahan, abituriyent, "abituriyentin elektron ərizəsi"
Abituriyentlər ixtisas seçimi ərizəsini təsdiqləyiblər
Ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməlidir.
BAKI, 19 avqust — Sputnik. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçimi davam edir.
DİM-dən Sputnik Azərbaycan-a bildirilib ki, ixtisas seçimi bütün qruplar üzrə avqustun 28-dək internet vasitəsilə aparılır. Bu gün saat 09:20-yə olan məlumata görə, 22 min 588 ərizə təsdiqlənib.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər. İmtahan verdikləri ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyentlər həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edirlər.
Abituriyent ixtisas seçimi edərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Seçiləcək ixtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Qeyd edək ki, müsabiqədə iştirak edənlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Məsləhət mərkəzləri"nə müraciət edə bilərlər. "Məsləhət mərkəzləri" haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.
Məlumat üçün bildirək ki, ixtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.