CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüksək bal toplayan görmə məhdudiyyətli gəncin uğur hekayəsi - VİDEO

© AFP 2024 / JULIO CESAR AGUILARKölgə
Kölgə - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Abunə olmaq
Təhsil Nazirliyinin Sağlamlıq imkanları Məhdud uşaqlar üçün 5 Nömrəli Respublika Xüsusi İnternat Məktəbinin görmə məhdudiyyətli məzunu olan Nihad Əlizadə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda ən yüksək balı qazana bilib.
BAKI, 18 avqust — Sputnik. İnsan çalışmaqla, öyrənməklə öz hədəfinə çata bilər. Oxumaq, təhsil almaq istəyi heç bir əngəl tanımır. Elə qəhrəmanımız Nihad Əlizadə də hər şeyə rəğmən, ən böyük arzusuna çata bilib. Təhsil Nazirliyinin Sağlamlıq imkanları Məhdud uşaqlar üçün 5 Nömrəli Respublika Xüsusi İnternat Məktəbinin görmə məhdudiyyətli məzunu olan həmsöhbətimiz 596 bal toplayıb. Görmə məhdudiyyətli gəncimiz uğur hekayəsini bizimlə bölüşüb.
"Mən doğulanda bir gözüm tamamilə görmürdü. Digər gözüm isə qismən görürdü. Zamanla onu da itirdim. Təəssüf ki, həkimlər bunun əlacı olmadığını söyləyirlər" - deyən Nihad Əlizadə 2003-cü ildə Sumqayıt şəhərində anadan olub. İbtidai sinifdə oxuyanda dərslər ona darıxdırıcı və bəsit görünüb:
"İstəyirdim daha geniş biliklər qazanım. İbtiadai fənləri oxumaq istəmirdim. 5-ci sinifdən sonra dərslər artdı, məndə təhsilə maraq artdı".
Müsahibimiz 2020-ci ildən imtahanlara hazırlaşıb. Texniki fənlərlə yanaşı, Nihad həm də Coğrafiyanı və musiqini sevir. Beynəlxalq Riyaziyyatçı olmaq istəyən Nihad həm də piano üzrə təhsil alıb:
"Mən və mənim kimi görmə məhdudiyyətli abituriyentlər üçün 4 saat vaxt ayrılır. Sualları oxumaq, yazmaq və cavab kartlarına köçürmək üçün bir nəfər ayrılır. Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsini seçmişəm. Balım yüksəkdir, düşünürəm ki, qəbul olunacağam. Beynəlxalq riyaziyyaçı olmaq istəyirəm. Xarici ölklərdə oxumaq şansım olsaydı, məmnuniyyətlə İngiltərə və ya Amerikada təhsil almaq istəyərdim".
Bu gün fiziki olaraq sağlam olan insanlar mübarizə əzmini tez itirirlər, depressiyaya düşürlər. Ən pisi də odur ki, bəzən intihar edirlər. Nihad deyir ki, o da müəyyən dövlərdə depressiya yaşayıb. Amma çevrəsindəki insanların sayəsində bu burulğandan çıxa bilib:
"İntihar edənlərə yəqin ki, müəyyən təzyiqlər olunub. Onu ancaq özləri bilirlər. Ya da ki, özləri başqa sahəni seviblər, valideynləri başqa sahəyə təhrik ediblər. Çıxış yolunu intiharda görüblər. Mən valideynlərə tövsiyyə edirəm ki, yaxşı olar, övladlarının seçiminə qarışmasınlar. Mənim də həvəsdən düşdüyüm vaxtlar olub. Olub ki, günlərlə heç nə oxumaq istəməmişəm. Valideynlərim, dostlarım və müəllimlərimin köməyi ilə bu vəziyyəti dəf edə bilmişəm".
Xəbər lenti
0