https://sputnik.az/20220818/rusiyadan-azerbaycana-turist-axini---ki-defe-artim-var-445166934.html
Rusiyadan Azərbaycana turist axını - İki dəfə artım var
Rusiyadan Azərbaycana turist axını - İki dəfə artım var
Sputnik Azərbaycan
Aviabiletlərin qiyməti və koronavirusla bağlı qaydalar ölkəmizə şimal qonşumuzdan daha çox turistin gəlməsinə mane olur. 18.08.2022, Sputnik Azərbaycan
2022-08-18T20:45+0400
2022-08-18T20:45+0400
2022-08-18T20:45+0400
təyyarə
cəmiyyət
covid-19
turist
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437638320_0:312:3000:2000_1920x0_80_0_0_048c113f0d75911bad63458795e3ef73.jpg
BAKI, 18 avqust — Sputnik. Rusiya turoperatorları ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana yay turlarının satışında 2 dəfə artım müşahidə edib. Bu barədə Rusiya Turoperatorlar Assosiasiyasının məlumatında bildirilir.Tələbatın artmasına həm birbaşa uçuşların bərpası, həm də bəzi turistlərin postsovet ölkələrinə istiqamətini dəyişməsi yardım edib. Eyni zamanda, assosiasiyada hesab edilir ki, Azərbaycanda turistlərin sayının daha da artmasına uçuşlara sərf olunan yüksək qiymətlər və ölkəyə giriş üçün tətbiq edilən sərt qaydalar (COVID pasportu tələbi) mane olur."Ölkəyə daxil olmaq üçün şərtlərin ən azı PCR testi ilə gəlmək imkanına qədər yüngülləşdirilməsi bu istiqamətə tələbatın nəzərəçarpacaq dərəcədə artmasına səbəb olacaq", - Rusiya Turoperatorlar Assosiasiyası hesab edir.Xatırladaq ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, bu ilin yanvar-may aylarında Azərbaycana 157 ölkədən 468,1 min və yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 24,8%-i Türkiyə, 24,7%-i Rusiya, 13,8%-i İran, 5,6%-i Gürcüstan, 3,7%-i Səudiyyə Ərəbistanı, 2,8%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7%-i Ukrayna, hər birindən 2,4% olmaqla Hindistan və Pakistan, 1,7%-i Qazaxıstan, 1,3%-i Küveyt, 1,2%-i Böyük Britaniya, 12,9%-i digər ölkələrin vətəndaşları olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437638320_433:252:2763:2000_1920x0_80_0_0_e7a8f561020a7ee694025211286ffe9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
təyyarə, covid-19, turist, rusiya
təyyarə, covid-19, turist, rusiya
Rusiyadan Azərbaycana turist axını - İki dəfə artım var
Aviabiletlərin qiyməti və koronavirusla bağlı qaydalar ölkəmizə şimal qonşumuzdan daha çox turistin gəlməsinə mane olur.
BAKI, 18 avqust — Sputnik. Rusiya turoperatorları ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana yay turlarının satışında 2 dəfə artım müşahidə edib. Bu barədə Rusiya Turoperatorlar Assosiasiyasının məlumatında bildirilir.
Tələbatın artmasına həm birbaşa uçuşların bərpası, həm də bəzi turistlərin postsovet ölkələrinə istiqamətini dəyişməsi yardım edib. Eyni zamanda, assosiasiyada hesab edilir ki, Azərbaycanda turistlərin sayının daha da artmasına uçuşlara sərf olunan yüksək qiymətlər və ölkəyə giriş üçün tətbiq edilən sərt qaydalar (COVID pasportu tələbi) mane olur.
"Ölkəyə daxil olmaq üçün şərtlərin ən azı PCR testi ilə gəlmək imkanına qədər yüngülləşdirilməsi bu istiqamətə tələbatın nəzərəçarpacaq dərəcədə artmasına səbəb olacaq", - Rusiya Turoperatorlar Assosiasiyası hesab edir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, bu ilin yanvar-may aylarında Azərbaycana 157 ölkədən 468,1 min və yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 24,8%-i Türkiyə, 24,7%-i Rusiya, 13,8%-i İran, 5,6%-i Gürcüstan, 3,7%-i Səudiyyə Ərəbistanı, 2,8%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7%-i Ukrayna, hər birindən 2,4% olmaqla Hindistan və Pakistan, 1,7%-i Qazaxıstan, 1,3%-i Küveyt, 1,2%-i Böyük Britaniya, 12,9%-i digər ölkələrin vətəndaşları olub.