https://sputnik.az/20220818/rusiya-xn-abs-ve-qerb-ukraynanin-zaporojye-aes-i-atese-tutmasini-ort-basdir-edir-445167204.html
Rusiya XİN: ABŞ və Qərb Ukraynanın Zaporojye AES-i atəşə tutmasını ört-basdır edir
Rusiya XİN: ABŞ və Qərb Ukraynanın Zaporojye AES-i atəşə tutmasını ört-basdır edir
Sputnik Azərbaycan
İvan Neçayevin sözlərinə görə, nüvə fəlakətinin qarşısını almaq üçün Ukrayna Silahlı Qüvvələrini atəşi dayandırmağa məcbur etmək lazımdır. 18.08.2022, Sputnik Azərbaycan
2022-08-18T18:40+0400
2022-08-18T18:40+0400
2022-08-18T18:40+0400
rusiya
qərb
ukrayna
zaporojye
abş
rusiya xin
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830201_0:0:2891:1626_1920x0_80_0_0_f28efe50bc1fddb4ad7226c3b14e3dd9.jpg
BAKI, 18 avqust — Sputnik. ABŞ və Qərb Ukraynanın Zaporojye AES-i atəşə tutması ilə bağlı hərəkətlərini ört-basdır edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bildirib."Stansiya ətrafında yaranmış vəziyyətə görə məsuliyyəti Rusiyanın üzərinəq oymağa çalışırlar."Amerikalıların və avropalıların nəyin bahasına olursa olsun öz qəyyumluğunda olanı, ukronazilərin törətdiyi vəhşilikləri ört-basdır etmək istəyi dərin narahatlıq doğurur. Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutması və raket hücumlarna Qərbin fürsət verməsinin ağlabatan izahat yoxdur", - Neçayev bildirib.O, həmçinin qeyd edib ki, Qərb MAQATE-nin baş direktoru Rafael Qrossinin AES-ə səfərinin baş tutmaması üçün səylə çalışır.Bundan əvvəl Neçayev Zaporojye AES ətrafında hərbisizləşdirilmiş zona təklifini qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, nüvə fəlakətinin qarşısını almaq üçün Ukrayna Silahlı Qüvvələrini atəşi dayandırmağa məcbur etmək lazımdır.Bundan əvvəl MAQATE-nin baş direktoru Qrossinin Zaporojye AES-də nümayəndə heyətinə rəhbərlik etməyə hazır olduğu bildirilirdi.Xüsusi əməliyyat zamanı rus hərbçiləri Xerson vilayəti və Zaporojye vilayətinin Azov hissəsində nəzarəti ələ keçiriblər. Bölgələrdə yeni rusiyayönümlü administrasiyalar formalaşdırılıb. Onlar, həmçinin, gücünə və bloklarının sayına görə Avropanın ən böyük zavodu olan Zaporojye atom elektrik stansiyasına da nəzarət edirlər.Ukrayna qoşunları artıq bir neçə dəfə atom elektrik stansiyasının ərazisinə hücum ediblər. Avqustun 5-dən etibarən atışma daha tez-tez baş verib. Avqustun 7-nə keçən gecə Ukrayna qoşunları "Uraqan" Reaktiv yaylım atəşi sistemindən (RYAS) zərbə endiriblər, nəticədə stansiyanın işləyən enerji blokundan, təxminən, 400 metr məsafədə qəlpələr və raket mühərriki düşüb. Atəşdən sonra iki qurğu tam gücü ilə işləmir. Cümə axşamı günü üç Ukrayna mərmisi radioaktiv izotopların saxlandığı anbarın yaxınlığında yerə düşüb.Kiyevin hərəkətləri fonunda Moskva BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib. Elektrik stansiyasına agentliyin rəhbəri Rafael Qrossinin rəhbərlik etdiyi Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyasının səfəri planlaşdırılır.
https://sputnik.az/20220818/rusiya-mn-ukrayna-zaporojye-aes-de-texribat-hazirlayir-445144197.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830201_29:0:2760:2048_1920x0_80_0_0_a99747b74577a9d8f1425eef453710d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qərb, ukrayna, zaporojye, abş, rusiya xin
qərb, ukrayna, zaporojye, abş, rusiya xin
Rusiya XİN: ABŞ və Qərb Ukraynanın Zaporojye AES-i atəşə tutmasını ört-basdır edir
İvan Neçayevin sözlərinə görə, nüvə fəlakətinin qarşısını almaq üçün Ukrayna Silahlı Qüvvələrini atəşi dayandırmağa məcbur etmək lazımdır.
BAKI, 18 avqust — Sputnik. ABŞ və Qərb Ukraynanın Zaporojye AES-i atəşə tutması ilə bağlı hərəkətlərini ört-basdır edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bildirib.
"Stansiya ətrafında yaranmış vəziyyətə görə məsuliyyəti Rusiyanın üzərinəq oymağa çalışırlar.
"Amerikalıların və avropalıların nəyin bahasına olursa olsun öz qəyyumluğunda olanı, ukronazilərin törətdiyi vəhşilikləri ört-basdır etmək istəyi dərin narahatlıq doğurur. Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutması və raket hücumlarna Qərbin fürsət verməsinin ağlabatan izahat yoxdur", - Neçayev bildirib.
O, həmçinin qeyd edib ki, Qərb MAQATE-nin baş direktoru Rafael Qrossinin AES-ə səfərinin baş tutmaması üçün səylə çalışır.
Bundan əvvəl Neçayev Zaporojye AES ətrafında hərbisizləşdirilmiş zona təklifini qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, nüvə fəlakətinin qarşısını almaq üçün Ukrayna Silahlı Qüvvələrini atəşi dayandırmağa məcbur etmək lazımdır.
Bundan əvvəl MAQATE-nin baş direktoru Qrossinin Zaporojye AES-də nümayəndə heyətinə rəhbərlik etməyə hazır olduğu bildirilirdi.
Xüsusi əməliyyat zamanı rus hərbçiləri Xerson vilayəti və Zaporojye vilayətinin Azov hissəsində nəzarəti ələ keçiriblər. Bölgələrdə yeni rusiyayönümlü administrasiyalar formalaşdırılıb. Onlar, həmçinin, gücünə və bloklarının sayına görə Avropanın ən böyük zavodu olan Zaporojye atom elektrik stansiyasına da nəzarət edirlər.
Ukrayna qoşunları artıq bir neçə dəfə atom elektrik stansiyasının ərazisinə hücum ediblər. Avqustun 5-dən etibarən atışma daha tez-tez baş verib. Avqustun 7-nə keçən gecə Ukrayna qoşunları "Uraqan" Reaktiv yaylım atəşi sistemindən (RYAS) zərbə endiriblər, nəticədə stansiyanın işləyən enerji blokundan, təxminən, 400 metr məsafədə qəlpələr və raket mühərriki düşüb. Atəşdən sonra iki qurğu tam gücü ilə işləmir. Cümə axşamı günü üç Ukrayna mərmisi radioaktiv izotopların saxlandığı anbarın yaxınlığında yerə düşüb.
Kiyevin hərəkətləri fonunda Moskva BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib. Elektrik stansiyasına agentliyin rəhbəri Rafael Qrossinin rəhbərlik etdiyi Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyasının səfəri planlaşdırılır.