https://sputnik.az/20220818/rusiya-mn-ukrayna-zaporojye-aes-de-texribat-hazirlayir-445144197.html
Rusiya MN: Ukrayna Zaporojye AES-də təxribat hazırlayır
Rusiya MN: Ukrayna Zaporojye AES-də təxribat hazırlayır
Sputnik Azərbaycan
Rusiya MN-in bəyanatında bildirilib ki, Ukrayna tərəfi təxribat təşkil etmək üçün Zaporojyedə radiasiya müşahidə məntəqələri yerləşdirəcək. 18.08.2022, Sputnik Azərbaycan
2022-08-18T13:17+0400
2022-08-18T13:17+0400
2022-08-18T13:17+0400
zaporojye
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
iqor konaşenkov
antoni quterreş
birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439836746_0:270:3160:2048_1920x0_80_0_0_ef93f132831db32626e04d73d0034c11.jpg
BAKI, 18 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələri cümə günü, avqustun 19-da Zaporojye AES-də təxribat hazırlayır. Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov bildirib.Qeyd olunub ki, bu, BMT-nin baş katibi Antonio Quterreşin səfəri zamanı baş verməlidir, bundan sonra Kiyev baş verənlərə görə Rusiya tərəfini günahlandıracaq.Ukrayna tərəfi təxribat təşkil etmək üçün Zaporojyedə radiasiya müşahidə məntəqələri yerləşdirəcək, həmçinin 44-cü artilleriya briqadası, 108-ci ərazi müdafiə briqadası və onun bölgədə yerləşən silahlı qüvvələrinə təlim keçəcək."Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin 704-cü alayının bölmələri onun ehtimal olunan nəticələrinin aradan qaldırılmasını nümayiş etdirmək üçün avqustun 19-dək Zaporojye vilayətində cəmləşməni başa çatdırmalı və Zaporojye AES-də baş vermiş qəza faktını aradan qaldırmağa hazır olmalıdırlar", - Rusiya MN-in bəyanatında deyilir.Bildirilir ki, Ukrayna tərəfi guya Nikopolda yerləşən mövqelərdən atom elektrik stansiyalarına bir neçə zərbə endirməyi planlaşdırır. Müdafiə Nazirliyi Zaporojyedəki Rusiya Silahlı Qüvvələrinin ağır silahlara malik olmadığını vurğulayıb. Təhlükəsizlik bölmələri hazırda göstərilən bölgədə yerləşir.Bir müddət əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken bildirmişdi ki, Birləşmiş Ştatlar Ukraynanın nüvə obyektlərində hərbi əməliyyatların dayandırılması və onlar üzərində nəzarətin Kiyevə qaytarılmasına nail olmaq niyyətindədir.Xüsusi əməliyyat zamanı rus hərbçiləri Xerson vilayəti və Zaporojye vilayətinin Azov hissəsində nəzarəti ələ keçiriblər. Bölgələrdə yeni rusiyayönümlü administrasiyalar formalaşdırılıb. Onlar, həmçinin, gücünə və bloklarının sayına görə Avropanın ən böyük zavodu olan Zaporojye atom elektrik stansiyasına da nəzarət edirlər.Ukrayna qoşunları artıq bir neçə dəfə atom elektrik stansiyasının ərazisinə hücum ediblər. Avqustun 5-dən etibarən atışma daha tez-tez baş verib. Avqustun 7-nə keçən gecə Ukrayna qoşunları "Uraqan" Reaktiv yaylım atəşi sistemindən (RYAS) zərbə endiriblər, nəticədə stansiyanın işləyən enerji blokundan, təxminən, 400 metr məsafədə qəlpələr və raket mühərriki düşüb. Atəşdən sonra iki qurğu tam gücü ilə işləmir. Cümə axşamı günü üç Ukrayna mərmisi radioaktiv izotopların saxlandığı anbarın yaxınlığında yerə düşüb.Kiyevin hərəkətləri fonunda Moskva BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib. Elektrik stansiyasına agentliyin rəhbəri Rafael Qrossinin rəhbərlik etdiyi Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyasının səfəri planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439836746_270:0:3001:2048_1920x0_80_0_0_bd3f07fcce7ee293c8e97dbcdc7505bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zaporojye, iqor konaşenkov, antoni quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
zaporojye, iqor konaşenkov, antoni quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
Rusiya MN: Ukrayna Zaporojye AES-də təxribat hazırlayır
Rusiya MN-in bəyanatında bildirilib ki, Ukrayna tərəfi təxribat təşkil etmək üçün Zaporojyedə radiasiya müşahidə məntəqələri yerləşdirəcək.
BAKI, 18 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələri cümə günü, avqustun 19-da Zaporojye AES-də təxribat hazırlayır. Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov bildirib.
Qeyd olunub ki, bu, BMT-nin baş katibi Antonio Quterreşin səfəri zamanı baş verməlidir, bundan sonra Kiyev baş verənlərə görə Rusiya tərəfini günahlandıracaq.
Ukrayna tərəfi təxribat təşkil etmək üçün Zaporojyedə radiasiya müşahidə məntəqələri yerləşdirəcək, həmçinin 44-cü artilleriya briqadası, 108-ci ərazi müdafiə briqadası və onun bölgədə yerləşən silahlı qüvvələrinə təlim keçəcək.
"Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin 704-cü alayının bölmələri onun ehtimal olunan nəticələrinin aradan qaldırılmasını nümayiş etdirmək üçün avqustun 19-dək Zaporojye vilayətində cəmləşməni başa çatdırmalı və Zaporojye AES-də baş vermiş qəza faktını aradan qaldırmağa hazır olmalıdırlar", - Rusiya MN-in bəyanatında deyilir.
Bildirilir ki, Ukrayna tərəfi guya Nikopolda yerləşən mövqelərdən atom elektrik stansiyalarına bir neçə zərbə endirməyi planlaşdırır. Müdafiə Nazirliyi Zaporojyedəki Rusiya Silahlı Qüvvələrinin ağır silahlara malik olmadığını vurğulayıb. Təhlükəsizlik bölmələri hazırda göstərilən bölgədə yerləşir.
Bir müddət əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken bildirmişdi ki, Birləşmiş Ştatlar Ukraynanın nüvə obyektlərində hərbi əməliyyatların dayandırılması və onlar üzərində nəzarətin Kiyevə qaytarılmasına nail olmaq niyyətindədir.
Xüsusi əməliyyat zamanı rus hərbçiləri Xerson vilayəti və Zaporojye vilayətinin Azov hissəsində nəzarəti ələ keçiriblər. Bölgələrdə yeni rusiyayönümlü administrasiyalar formalaşdırılıb. Onlar, həmçinin, gücünə və bloklarının sayına görə Avropanın ən böyük zavodu olan Zaporojye atom elektrik stansiyasına da nəzarət edirlər.
Ukrayna qoşunları artıq bir neçə dəfə atom elektrik stansiyasının ərazisinə hücum ediblər. Avqustun 5-dən etibarən atışma daha tez-tez baş verib. Avqustun 7-nə keçən gecə Ukrayna qoşunları "Uraqan" Reaktiv yaylım atəşi sistemindən (RYAS) zərbə endiriblər, nəticədə stansiyanın işləyən enerji blokundan, təxminən, 400 metr məsafədə qəlpələr və raket mühərriki düşüb. Atəşdən sonra iki qurğu tam gücü ilə işləmir. Cümə axşamı günü üç Ukrayna mərmisi radioaktiv izotopların saxlandığı anbarın yaxınlığında yerə düşüb.
Kiyevin hərəkətləri fonunda Moskva BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib. Elektrik stansiyasına agentliyin rəhbəri Rafael Qrossinin rəhbərlik etdiyi Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyasının səfəri planlaşdırılır.