https://sputnik.az/20220818/qebelede-yolu-turistlerin-uzune-baglayan-sebebler-nedir-445167537.html
Qəbələdə yolu turistlərin üzünə bağlayan səbəblər nədir?
Qəbələdə yolu turistlərin üzünə bağlayan səbəblər nədir?
Sputnik Azərbaycan
Turizm şirkətlərinin nəqliyyatları pərakəndə park etməsi sakinlərin narazılığına səbəb olur. 18.08.2022, Sputnik Azərbaycan
2022-08-18T22:15+0400
2022-08-18T22:15+0400
2022-08-18T22:15+0400
qəbələ
cəmiyyət
turist
https://cdnn1.img.sputnik.az/img/42343/65/423436529_0:150:3111:1900_1920x0_80_0_0_057cbbe1b2b9d94f53180e0b4ec126c5.jpg
BAKI, 18 avqust — Sputnik. Bu günlərdə turizm bölgələrindən olan Qəbələdə Laza kəndinə getmək istəyən turistlər çətin anlar yaşayıb. Turistlər Qəbələ rayonun ucqar dağ kəndinə gedərkən kənd sakinləri onları avtomobillə kəndə buraxmayıblar. Turistlərə bildirilib ki, kəndin girişində avtomobillərini saxlayıb piyada kəndi gəzsinlər. Çünki, turistlərin kənddə avtomobillə hərəkəti sakinlər üçün narahatlıq yaradır.Bu hadisədən sonra mətbbuata açıqlama verən Laza sakinləri yollarının ensiz olduğunu, turistlərin avtomobillərinin yolda sıxlığa səbəb olduğunu söyləyiblər. Bildiriblər ki, xüsusilə həftəsonları kəndə turist axını olduğundan, kənd yollarında saatlarla tıxac yaranır. Bu da sakinlərin kəndin içində hərəkətinə mane olur.Qeyd edək ki, ucqar turizm bölgələrinin bəzilərində yol infrastrukturu yenidən qurulub. Bura Lahıc, Xınalıq yollarını misal çəkmək olar. Amma əksər turistik məkanlara gedən yolların yenidən qurulmasına ciddi ehtiyac var.Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva Sputnik Azərbaycan-a bildirib ki, Agentlik mütəmadi olaraq aidiyyatı qurumlar qarşısında turizm bölgələrinin yol infrastrukturunun yaxşılaşdırılması üçün təkliflər verir: G. Mustafayeva bildirdi ki, Qəbələnin Laza kəndində yaranmış problem parklanma ilə bağlıdır. Onun sözlərinə görə, turizmin inkişaf etdiyi yerlərdə avtomobillərin parklanma yerinin yaradılmasına ehtiyac var.Turizm eksperti Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Laza kəndinə turist gətirən avtobusları kəndin girişində park etməsi belə bir narazılığa səbəb olub. Orada yaşayan insanların çətinliklə üzləşməməsi üçün turizm şirkətləri diqqətli olmalıdırlar: "Turistlərin artımı turizm bölgələrində kafe restoranlara təlabatı artırır, yerli camaatın rifahına müsbət təsir göstərir. Bununla belə nəqliyyat şirkətləri bəzi məqamları nəzərə almalıdırlar. Avtomobillərini elə park etməlidirlər ki, turizm bölgəsində yaşayan insanlara narahatlıq yaranmasın. Amma mən inanmıram ki, hansısa sakin turistlərin gəlməsinə narazılıq edə. Qeyd etdiyim kimi, turizm məkanlarına turistlərin axını həmin bölgədə ticarəti canlandırır. Kənd qonaq evlərinə təlabat artır, insanlar öz məhsullarını turistlərə sataraq daha çox gəlir əldə edə bilirlər".G.Qəhrəmanov əlavə edib ki, turizmin inkişaf etdiyi ərazilərdə yol infrastrukturunun yaxşılaşdırılması daim dövlətin diqqətindədir. Çünki, turizm bölgələrinə aparan yollar abad olduqda oraya daha çox turist üz tutur.Olduqca əsrarəngiz təbiətə malik olan bu kənd dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşməklə təmiz havası, sərin bulaqları ilə turistləri özünə cəlb edir.Bəs turistlərin bu kəndə girişinə kim və niyə mane olur?Kənd ağsaqqalı Məhərrəm kişi deyir ki, avtomobilləri ilə gələn turistlər sakinlərin hərəkətinə maneə yaradırlar.Elə həftəsonu yaşanan insident də kənddə yaranan avtomobil sıxlığı səbəbindən baş verib.Kəndin əsas girişində, Duruca körpüsünün yaxınlığında ard-arda düzülən avtomobillər kəndə daxil olmaq istəyən zaman sakinlər buna etiraz ediblər.Kənd sakinlərini narazı salan isə təkcə bura gələn turist avtomobillərinin çoxluğu deyil. Qonaqların geyim-kecimləri burada yaşayan insanların ürəyincə deyil.Hazırda insident yaşanan ərazidə vəziyyət normaldır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42343/65/423436529_190:0:2921:2048_1920x0_80_0_0_5821824d8aebd2d9c53fe376b2fcc7e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qəbələ, turist
Qəbələdə yolu turistlərin üzünə bağlayan səbəblər nədir?
Turizm şirkətlərinin nəqliyyatları pərakəndə park etməsi sakinlərin narazılığına səbəb olur.
BAKI, 18 avqust — Sputnik. Bu günlərdə turizm bölgələrindən olan Qəbələdə Laza kəndinə getmək istəyən turistlər çətin anlar yaşayıb. Turistlər Qəbələ rayonun ucqar dağ kəndinə gedərkən kənd sakinləri onları avtomobillə kəndə buraxmayıblar. Turistlərə bildirilib ki, kəndin girişində avtomobillərini saxlayıb piyada kəndi gəzsinlər. Çünki, turistlərin kənddə avtomobillə hərəkəti sakinlər üçün narahatlıq yaradır.
Bu hadisədən sonra mətbbuata açıqlama verən Laza sakinləri yollarının ensiz olduğunu, turistlərin avtomobillərinin yolda sıxlığa səbəb olduğunu söyləyiblər. Bildiriblər ki, xüsusilə həftəsonları kəndə turist axını olduğundan, kənd yollarında saatlarla tıxac yaranır. Bu da sakinlərin kəndin içində hərəkətinə mane olur.
Qeyd edək ki, ucqar turizm bölgələrinin bəzilərində yol infrastrukturu yenidən qurulub. Bura Lahıc, Xınalıq yollarını misal çəkmək olar. Amma əksər turistik məkanlara gedən yolların yenidən qurulmasına ciddi ehtiyac var.
Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva Sputnik Azərbaycan-a bildirib ki, Agentlik mütəmadi olaraq aidiyyatı qurumlar qarşısında turizm bölgələrinin yol infrastrukturunun yaxşılaşdırılması üçün təkliflər verir:
"Yolların təmiri bizim qurumun səlahiyyətində deyil. Agentlik turizm bölgələrində yol infrastrukturunun yaxşılaşdırılması üçün aidiyyatı qurumlara təklif verir".
G. Mustafayeva bildirdi ki, Qəbələnin Laza kəndində yaranmış problem parklanma ilə bağlıdır. Onun sözlərinə görə, turizmin inkişaf etdiyi yerlərdə avtomobillərin parklanma yerinin yaradılmasına ehtiyac var.
Turizm eksperti Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Laza kəndinə turist gətirən avtobusları kəndin girişində park etməsi belə bir narazılığa səbəb olub. Orada yaşayan insanların çətinliklə üzləşməməsi üçün turizm şirkətləri diqqətli olmalıdırlar:
"Turistlərin artımı turizm bölgələrində kafe restoranlara təlabatı artırır, yerli camaatın rifahına müsbət təsir göstərir. Bununla belə nəqliyyat şirkətləri bəzi məqamları nəzərə almalıdırlar. Avtomobillərini elə park etməlidirlər ki, turizm bölgəsində yaşayan insanlara narahatlıq yaranmasın. Amma mən inanmıram ki, hansısa sakin turistlərin gəlməsinə narazılıq edə. Qeyd etdiyim kimi, turizm məkanlarına turistlərin axını həmin bölgədə ticarəti canlandırır. Kənd qonaq evlərinə təlabat artır, insanlar öz məhsullarını turistlərə sataraq daha çox gəlir əldə edə bilirlər".
G.Qəhrəmanov əlavə edib ki, turizmin inkişaf etdiyi ərazilərdə yol infrastrukturunun yaxşılaşdırılması daim dövlətin diqqətindədir. Çünki, turizm bölgələrinə aparan yollar abad olduqda oraya daha çox turist üz tutur.
Olduqca əsrarəngiz təbiətə malik olan bu kənd dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşməklə təmiz havası, sərin bulaqları ilə turistləri özünə cəlb edir.
Bəs turistlərin bu kəndə girişinə kim və niyə mane olur?
Kənd ağsaqqalı Məhərrəm kişi deyir ki, avtomobilləri ilə gələn turistlər sakinlərin hərəkətinə maneə yaradırlar.
Elə həftəsonu yaşanan insident də kənddə yaranan avtomobil sıxlığı səbəbindən baş verib.
Kəndin əsas girişində, Duruca körpüsünün yaxınlığında ard-arda düzülən avtomobillər kəndə daxil olmaq istəyən zaman sakinlər buna etiraz ediblər.
Kənd sakinlərini narazı salan isə təkcə bura gələn turist avtomobillərinin çoxluğu deyil. Qonaqların geyim-kecimləri burada yaşayan insanların ürəyincə deyil.
Hazırda insident yaşanan ərazidə vəziyyət normaldır.