CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qalaaltı"nın yaxınlığındakı yanğınla bağlı təhlükə yoxdur

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Meşəlik ərazidə baş vermis yanğın söndürülüb
Meşəlik ərazidə baş vermis yanğın söndürülüb - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Abunə olmaq
Baş verən yanğınlarla mübarizəyə 600 nəfər şəxsi heyət, 80-ə yaxın texnika, 2 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.
BAKI, 18 avqust — Sputnik. Bu gün səhər saatlarında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev baş vermiş yanğınlarla bağlı “Qalaaltı” İstirahət Mərkəzində operativ əməliyyat müşavirəsi keçirib.
© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Meşəlik ərazidə baş vermis yanğın söndürülüb
Meşəlik ərazidə baş vermis yanğın söndürülüb - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Meşəlik ərazidə baş vermis yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tədbirdə FHN-in aidiyyəti strukturlarının məsul şəxsləri, Siyəzən və Şabran Rayon İcra hakimiyyətlərinin başçıları, adı çəkilən rayonlarda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Bildirilib ki, təkcə ötən gün respublika üzrə 154 yanğına çıxış qeydə alınıb ki, onun da 38-i Şimal bölgəsinin payına düşür. Müşavirədə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində görülmüş işlər müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.
Eyni zamanda nazir müavini E.Mirzəyev “Qalaaltı” İstirahət Mərkəzində istirahət edən vətəndaşlarla görüşüb. Bildirib ki, yanğın təhlükəsinin qarşısının alınması istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirilib, heç bir təhlükə mövcud deyil.
Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev baş verən yanğınların qarşısının alınması ilə bağlı Şimal bölgəsindədir. Bu bölgədə yanğınlarla mübarizəyə 600 nəfər şəxsi heyət, 80-ə yaxın texnika, 2 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.
© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Meşəlik ərazidə baş vermis yanğın söndürülüb
Meşəlik ərazidə baş vermis yanğın söndürülüb - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Meşəlik ərazidə baş vermis yanğın söndürülüb
Qeyd edək ki, hazırda Şabran rayonunda yerləşən "Qalaaltı" İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş verən yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.
Xatırladaq ki, avqustun 16-sı gecə saatlarından etibarən "Qalaaltı"da yanğın başlayıb. Ötən gün yanğının söndürülməsi üçün FHN-in 4 ədəd yanğınsöndürmə avtomobilindən başqa bir ədəd helikopteri də cəlb edilib.
Xəbər lenti
0