Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlərin işə qəbulu müsahibəsinə start verildi

© AR Ministry of EducationMüəllimlər, arxiv şəkli
Müəllimlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Abunə olmaq
MİQ imtahanları Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
BAKI, 18 avqust — Sputnik. Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, müsahibələr Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
Fənlər üzrə müsahibə tarixlərini təqdim edirik:
18 avqust - biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi;
19 avqust - informatika, fransız dili (Azərbaycan və rus bölməsi), biologiya, Azərbaycan dili və ədəbiyyat, tarix, texnologiya, təsviri incəsənət, musiqi;
20 avqust - texnologiya, rus dili, musiqi (Azərbaycan və rus bölməsi), tarix, riyaziyyat, təsviri incəsənət, informatika;
22 avqust - texnologiya, rus dili, tarix (rus bölməsi), coğrafiya, riyaziyyat, təsviri incəsənət, musiqi;
23 avqust - texnologiya, rus dili və ədəbiyyatı, təsviri incəsənət (rus bölməsi), coğrafiya (Azərbaycan və rus bölməsi), fiziki tərbiyə (Azərbaycan və rus bölməsi), kimya (rus bölməsi), riyaziyyat (rus bölməsi), ingilis dili, musiqi;
24 avqust - fizika, Azərbaycan dili, rus dili və ədəbiyyatı, texnologiya (rus bölməsi), ingilis dili (Azərbaycan və rus bölməsi), fiziki tərbiyə, ibtidai sinif, kimya, musiqi;
25 avqust - fizika (Azərbaycan və rus bölməsi), ibtidai sinif (Azərbaycan və rus bölməsi), Azərbaycan dili, alman dili (Azərbaycan və rus bölməsi), ingilis dili (Azərbaycan və rus bölməsi), kimya, fiziki tərbiyə.
Qeyd edək ki, müsahibə ilə bağlı məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Xatırladaq ki, MİQ imtahanı ilk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilib və ilk dəfə keçirilən imtahanda iştirak etmək üçün 365 vakant yerə 2 147 müəllim elektron ərizə vermişdi. 2011-ci ildən etibarən MİQ imtahanı bütün ölkə ərazisində həyata keçirilməyə başlayıb.
Xəbər lenti
0