SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul edib

© Official website of President of Azerbaijan RepublicПод председательством Президента Ильхама Алиева состоялось совещание, посвященное итогам шести месяцев этого года
Под председательством Президента Ильхама Алиева состоялось совещание, посвященное итогам шести месяцев этого года - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Abunə olmaq
İlham Əliyev Monqolustanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib.
BAKI, 18 avqust — Sputnik. Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosurenin etimadnaməsini qəbul edib.
Azərtac-ın xəbərinə görə, ölkə başçısı bu gün həmçinin Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib.
Bu gün həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çad Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qetin etimadnaməsini qəbul edib.
Ölkə başçısı həmçinin Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinklerin etimadnaməsini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun etimadnaməsini qəbul edib.
Xəbər lenti
0