https://sputnik.az/20220818/ermenilerin-lacinda-evleri-ve-meseleri-yandirmasini-eks-etdiren-goruntuler-yayildi---vdeo-445141275.html
Ermənilərin Laçında evləri və meşələri yandırmasını əks etdirən görüntülər yayıldı - VİDEO
Ermənilərin Laçında evləri və meşələri yandırmasını əks etdirən görüntülər yayıldı - VİDEO
Sputnik Azərbaycan
Laçını tərk etməyə başlayan ermənilərin 30 il ərzində qanunsuz məskunlaşdıqları Azərbaycan ərazilərinə od vurmasını əks etdirən növbəti videogörüntülər... 18.08.2022, Sputnik Azərbaycan
2022-08-18T11:35+0400
2022-08-18T11:35+0400
2022-08-18T11:35+0400
yanğın
hadisə
laçın
xocalı
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443283308_0:312:3085:2047_1920x0_80_0_0_52362a2e753e4e9ee3e8a413a6208a72.jpg
BAKI, 18 avqust — Sputnik. Avqustun sonuna qədər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk etməli olan, Azərbaycan ərazisində qeyri-qanuni məskunlaşmış ermənilər evləri yandırmağa, dağıtmağa, meşələrə od vurmağa davam edir.Bir neçə gün öncə Laçını tərk etməyə başlayan ermənilərin 30 il ərzində qanunsuz məskunlaşdıqları Azərbaycan ərazisindəki evləri, tikililəri yandırdığını, dağıtdığını, meşələrə, dağlara od vurduğunu əks etdirən növbəti videogörüntülər yayılıb.Həmin görüntülərdə ermənilərin əraziləri yandırması, evləri dağıtması aydın şəkildə görünür.Xatırladaq ki, Azərbaycan Respublikası Baş Prokurorluğu ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanıldığını açıqlayıb.Bildirilib ki, bir sıra media və sosial şəbəkə səhifələrində Azərbaycanın Laçın, Xocalı və digər rayonlarında ekoloji mühiti çirkləndirməklə ekosistemə zərər vurmaq məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşayış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb:"Yayımlanan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən dərhal araşdırmalara başlanaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib.İlkin araşdırmalarla həmin yanğın hadisələrinin Azərbaycanın Laçın, Xocalı rayonlarının ərazisində törədilməsi və qısa müddətdə yanğınların lokallaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısının alınması müəyyən edilib.Qeyd olunan faktlarla bağlı İstintaq idarəsində Cinayət Məcəlləsinin 282.1 (təxribat) və 186.2.2-ci (yandırmaqla və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin icrası davam etdirilir"."Azərbaycanın ərazilərində "Canlı təbiətin və təbii mühitin qorunması haqqında" 1979-cu il tarixli Avropa Konvensiyanın tələblərini kobud şəkildə pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə təbii sərvət hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ekoloji terrorçuluq törədənlərin müəyyən edilərək cinayət məsulliyətinə cəlb edilməsi istiqamətində qanunamüvafiq bütün tədbirlər görüləcəkdir", - məlumatda qeyd edilib.Görüntüləri təqdim edirik:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443283308_41:0:2770:2047_1920x0_80_0_0_846798c80132fd1baa9361b4d34897a4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yanğın, laçın, xocalı
Ermənilərin Laçında evləri və meşələri yandırmasını əks etdirən görüntülər yayıldı - VİDEO
Laçını tərk etməyə başlayan ermənilərin 30 il ərzində qanunsuz məskunlaşdıqları Azərbaycan ərazilərinə od vurmasını əks etdirən növbəti videogörüntülər yayılıb.
BAKI, 18 avqust — Sputnik. Avqustun sonuna qədər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk etməli olan, Azərbaycan ərazisində qeyri-qanuni məskunlaşmış ermənilər evləri yandırmağa, dağıtmağa, meşələrə od vurmağa davam edir.
Bir neçə gün öncə Laçını tərk etməyə başlayan ermənilərin 30 il ərzində qanunsuz məskunlaşdıqları Azərbaycan ərazisindəki evləri, tikililəri yandırdığını, dağıtdığını, meşələrə, dağlara od vurduğunu əks etdirən növbəti videogörüntülər yayılıb.
Həmin görüntülərdə ermənilərin əraziləri yandırması, evləri dağıtması aydın şəkildə görünür.
Xatırladaq ki, Azərbaycan Respublikası Baş Prokurorluğu ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanıldığını açıqlayıb.
Bildirilib ki, bir sıra media və sosial şəbəkə səhifələrində Azərbaycanın Laçın, Xocalı və digər rayonlarında ekoloji mühiti çirkləndirməklə ekosistemə zərər vurmaq məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşayış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb:
"Yayımlanan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən dərhal araşdırmalara başlanaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla həmin yanğın hadisələrinin Azərbaycanın Laçın, Xocalı rayonlarının ərazisində törədilməsi və qısa müddətdə yanğınların lokallaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısının alınması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı İstintaq idarəsində Cinayət Məcəlləsinin 282.1 (təxribat) və 186.2.2-ci (yandırmaqla və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin icrası davam etdirilir".
"Azərbaycanın ərazilərində "Canlı təbiətin və təbii mühitin qorunması haqqında" 1979-cu il tarixli Avropa Konvensiyanın tələblərini kobud şəkildə pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə təbii sərvət hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ekoloji terrorçuluq törədənlərin müəyyən edilərək cinayət məsulliyətinə cəlb edilməsi istiqamətində qanunamüvafiq bütün tədbirlər görüləcəkdir", - məlumatda qeyd edilib.
Görüntüləri təqdim edirik: