https://sputnik.az/20220818/azerbaycan-avstraliyanin-hidrogen-istehsalcisi-ile-emekdasliq-ede-biler-445144792.html
Azərbaycan Avstraliyanın hidrogen istehsalçısı ilə əməkdaşlıq edə bilər
Azərbaycan Avstraliyanın hidrogen istehsalçısı ilə əməkdaşlıq edə bilər
Sputnik Azərbaycan
Energetika naziri Pərviz Şahbazov Avstraliyanın "Fortescue Future Industries" şirkətinin sədri Endryu Forrestin rəhbərlik etdiyi nümayəndə heyəti ilə iki... 18.08.2022, Sputnik Azərbaycan
2022-08-18T21:00+0400
2022-08-18T21:00+0400
2022-08-18T21:00+0400
azərbaycan
iqtisadiyyat
energetika nazirliyi
energetika
energetika naziri pərviz şahbazov
avstriya
https://cdnn1.img.sputnik.az/img/40985/28/409852852_0:77:2362:1406_1920x0_80_0_0_bdaf91653f290433df76f18e0afef623.jpg
BAKI, 18 avqust — Sputnik. Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Avstraliyanın "Fortescue Future Industries" şirkətinin sədri Endryu Forrestin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə hidrogen istehsalçısı ilə əməkdaşlıq imkanlarını müzakirə edib.Nazirlikdən verilən məlumatda bildirilib ki, görüşdə "yaşıl enerji", Xəzər dənizinin külək potensialından səmərəli istifadə, həmçinin "yaşıl hidrogen" istehsalı və ixracı sahələrində investisiya əsaslı əməkdaşlıq məsələləri ilə bağlı da müzakirələr aparılıb, şirkət nümayəndələrinə Azərbaycanın enerji tarixi haqda ətraflı məlumat verilib.Bundan başqa, Avstraliyadan olan nümayəndə heyətinə karbohidrogen ixracı infrastrukturu, mövcud "yaşıl enerji" potensialı, bu sahədə müəyyənləşdirilmiş strateji hədəflər, görülmüş işlər və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində əldə edilmiş nəticələr haqqında məlumat verilib.Şirkətin fəaliyyət istiqamətləri, nailiyyətləri, iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində görülmüş işlər və hədəfləri, yaşıl sənaye layihələri və karbonsuzlaşdırılması çətin başa gələn sahələrdə təbiətə vurulan ziyanın azaldılması istiqamətində planları haqqında müzakirələr olub.Əsas fəaliyyət istiqaməti bərpa olunan enerji mənbələrindən istifadə etməklə "yaşıl hidrogen" istehsalı olan "Fortescue Future Industries" şirkəti Mərkəzi Asiya, Avropa, Yaxın Şərq, Avstraliya və Şimali Amerika da daxil olmaqla dünyanın bir çox yerlərində fəaliyyət göstərir və 2030-cu ildən etibarən illik 15 milyon ton hidrogen istehsal etməyi hədəfləyir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40985/28/409852852_193:0:2169:1482_1920x0_80_0_0_de2a1e648c7bf209cd186c392682a261.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, energetika nazirliyi, energetika, energetika naziri pərviz şahbazov, avstriya
azərbaycan, energetika nazirliyi, energetika, energetika naziri pərviz şahbazov, avstriya
Azərbaycan Avstraliyanın hidrogen istehsalçısı ilə əməkdaşlıq edə bilər
Energetika naziri Pərviz Şahbazov Avstraliyanın "Fortescue Future Industries" şirkətinin sədri Endryu Forrestin rəhbərlik etdiyi nümayəndə heyəti ilə iki ölkənin enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
BAKI, 18 avqust — Sputnik. Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Avstraliyanın "Fortescue Future Industries" şirkətinin sədri Endryu Forrestin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə hidrogen istehsalçısı ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
Nazirlikdən verilən məlumatda bildirilib ki, görüşdə "yaşıl enerji", Xəzər dənizinin külək potensialından səmərəli istifadə, həmçinin "yaşıl hidrogen" istehsalı və ixracı sahələrində investisiya əsaslı əməkdaşlıq məsələləri ilə bağlı da müzakirələr aparılıb, şirkət nümayəndələrinə Azərbaycanın enerji tarixi haqda ətraflı məlumat verilib.
Bundan başqa, Avstraliyadan olan nümayəndə heyətinə karbohidrogen ixracı infrastrukturu, mövcud "yaşıl enerji" potensialı, bu sahədə müəyyənləşdirilmiş strateji hədəflər, görülmüş işlər və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində əldə edilmiş nəticələr haqqında məlumat verilib.
Şirkətin fəaliyyət istiqamətləri, nailiyyətləri, iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində görülmüş işlər və hədəfləri, yaşıl sənaye layihələri və karbonsuzlaşdırılması çətin başa gələn sahələrdə təbiətə vurulan ziyanın azaldılması istiqamətində planları haqqında müzakirələr olub.
Əsas fəaliyyət istiqaməti bərpa olunan enerji mənbələrindən istifadə etməklə "yaşıl hidrogen" istehsalı olan "Fortescue Future Industries" şirkəti Mərkəzi Asiya, Avropa, Yaxın Şərq, Avstraliya və Şimali Amerika da daxil olmaqla dünyanın bir çox yerlərində fəaliyyət göstərir və 2030-cu ildən etibarən illik 15 milyon ton hidrogen istehsal etməyi hədəfləyir.