https://sputnik.az/20220818/arxiv-isi-ucun-vahid-melumat-sistemi-yaradilacaq-445159993.html
Arxiv işi üçün vahid məlumat sistemi yaradılacaq
Arxiv işi üçün vahid məlumat sistemi yaradılacaq
Sputnik Azərbaycan
Dəyişikliklər Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli... 18.08.2022, Sputnik Azərbaycan
2022-08-18T18:53+0400
2022-08-18T18:53+0400
2022-08-18T18:53+0400
var sistemi
azərbaycan xəbərləri
arxiv
mərkəzi arxiv idarəsi
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425714751_0:160:3073:1888_1920x0_80_0_0_d0c5af787bedd7c9e53ef2a839d16572.jpg
BAKI, 18 avqust — Sputnik. Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq.Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Milli arxiv fondu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.Qanunun 13-cü maddəsinə edilən dəyişikliklərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, dövlət qeydiyyatı, mühafizəsi və istifadəsi sahəsində bu qanunun tələblərinin icrasına nəzarət edir, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsini, arxiv sənədlərinin rəqəmsallaşdırılmasını və vahid elektron arxiv məlumat sisteminin yaradılmasını təmin edəcək.Ümumilikdə isə qanuna dəyişikliklərdə Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, arxivlərin maddi-texniki təminatı, habelə arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib. Dəyişikliklər Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılmasını nəzərdə tutur.Qeyd edək ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425714751_170:0:2901:2048_1920x0_80_0_0_b8691c2c1914455b988f8a5ad5abdae7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
var sistemi, arxiv, mərkəzi arxiv idarəsi
var sistemi, arxiv, mərkəzi arxiv idarəsi
Arxiv işi üçün vahid məlumat sistemi yaradılacaq
Dəyişikliklər Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, arxiv işinin modernləşdirilməsi, vahid elektron məlumat sisteminin yaradılması və s. nəzərdə tutur.
BAKI, 18 avqust — Sputnik. Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Milli arxiv fondu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Qanunun 13-cü maddəsinə edilən dəyişikliklərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, dövlət qeydiyyatı, mühafizəsi və istifadəsi sahəsində bu qanunun tələblərinin icrasına nəzarət edir, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsini, arxiv sənədlərinin rəqəmsallaşdırılmasını və vahid elektron arxiv məlumat sisteminin yaradılmasını təmin edəcək.
Ümumilikdə isə qanuna dəyişikliklərdə Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, arxivlərin maddi-texniki təminatı, habelə arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib.
Dəyişikliklər Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılmasını nəzərdə tutur.
Qeyd edək ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb.