Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ankara Universitetinin rektoru 700 bal yığan azərbaycanlı tələbəyə zəng eləyib - VİDEO

© AFP 2023 / PHILIPPE LOPEZTelefon
Telefon - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Abunə olmaq
Ankara Universitetinin rektoru prof. Necdet Ünüvar Nigar Ağazadəyə deyib ki, onun ən gözəl şəkildə təhsil alması üçün əllərindən gələni əsirgəməyəcək, ona hər cür dəstək göstərəcəklər.
BAKI, 18 avqust — Sputnik. Bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanında 700 bal toplayan Nigar Ağazadənin təhsilini Türkiyədə davam etdirəcəyi barədə xəbər vermişdik.
Nigarın qəbul olunduğu Ankara Universitetinin rektoru prof. Necdet Ünüvar gələcək tələbəyə zəng edərək ürək sözlərini bildirib.
Anadolu Agentliyinin məlumatına görə, rektor Nigar Ağazadənin anasına da ürək sözlərini çatdırıb:
"Çox yaxşı bir təhsil müəssisəsini seçmisiniz. Ankara Tibb Türkiyənin ən yaxşı ali məktəblərindən biridir. Ankara Universiteti olaraq sizi həyəcanla gözləyirik. Ən gözəl şəkildə təhsil almağın üçün əlimizdən nə gəlirsə, maddi və mənəvi, hər cür dəstək olacağıq", - Ünüvar qeyd edib.
"Qızınıza qızımız kimi, gözümüz kimi baxacağıq, gözünüz arxada qalmasın" , - deyə rektor N.Ağazadənin anasına müraciət edərək bildirib.
Nigar Ağazadə də universitetə qəbul olduğuna görə çox xoşbəxt olduğunu, yeni tədris ilinin başlanmasını həyəcanla gözlədiyini deyib.
Xəbər lenti
0