Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"ANAMA" və "Mehmandarovlar" filminin çəkilişi başa çatıb

© Photo : ANAMA“ANAMA” sənədli filminin çəkilişləri yekunlaşıb
“ANAMA” sənədli filminin çəkilişləri yekunlaşıb - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Abunə olmaq
Filmin qəhrəmanları minaaxtaranlardır, onlar öz həyatlarını təhlükəyə ataraq azad olunan ərazilərə təhlükəsiz həyatın gəlməsi üçün çalışırlar.
BAKI, 18 avqust - Sputnik. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında şərti adı "ANAMA" olan sənədli filmin çəkiliş mərhələsi artıq yekunlaşıb. Kinostudiyadan verilən məlumata görə, Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan film işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesini həyata keçirən fədakar minatəmizləyənlərin həyatından bəhs edir.
Filmin qəhrəmanları minaaxtaranlardır, onlar öz həyatlarını təhlükəyə ataraq azad olunan ərazilərə təhlükəsiz həyatın gəlməsi üçün çalışırlar. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) filmə təşkilati dəstək göstərir. Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov, operatoru Nadir Mehdiyev, icraçı prodüseri Tofiq Musayev, prodüseri isə Nazim Hüseynovdur. Filmin çəkilişləri işğaldan azad olunmuş bölgələrdə aparılıb. Ekran əsərinin ilin sonunadək geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında növbəti filmin çəkilişləri də yekunlaşıb. Mehmandarovlar sülaləsindən bəhs edən bədii-sənədli filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifləri isə Yavər Rzayevlə birgə tədqiqatçı-alim Vasif Quliyevdir. Yavər Rzayevin filmi 7 hissəyə bölür. Bu hissələr hər biri fərqli adı daşımaqla Mehmandarovlar sülaləsinin üzvlərinin həyat və fəaliyyətləri fonunda Respublikanın son əsrdəki tarixi fonu canlanır. Filmin əsas qəhrəmanı, nəslin parlaq üzvlərindən biri olan Mustafa bəy Mehmandarovdur.
Filmdə kadrarxası səsin qəhrəmana ünvanladığı suallar və cavablar həm də dövrün ictimai-siyasi mənzərəsini ekrana gətirir. Filmin çəkilişləri kinostudiyanın pavilyonunda və Şuşa şəhərində aparılıb. Mehmandarovlar nəslinin davamçıları çəkiliş prosesi zamanı Şuşada Mehmandarovlar malikanəsini ziyarət ediblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan film ilin sonuna qədər geniş tamaşaçı auditoriyasına nümayiş etdiriləcək.
Qeyd edək ki, "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "ANAMA" sənədli filmi üçün 141 min 100 manat, "Mehmandarovlar" bədii-sənədli filminə isə 93 min 250 manat büdcə ayrılıb.
Xəbər lenti
0