https://sputnik.az/20220818/almaniya-muxalifetinden-rusiya-vetendaslari-ucun-viza-mehdudiyyetine-sert-reaksiya-445138658.html
Almaniya müxalifətindən Rusiya vətəndaşları üçün viza məhdudiyyətinə sərt reaksiya
Almaniya müxalifətindən Rusiya vətəndaşları üçün viza məhdudiyyətinə sərt reaksiya
Sputnik Azərbaycan
Almaniya üçün Alternativ Partiyasının lideri Tino Krupalla məhdudiyyətləri xüsusi əməliyyata görə Rusiya vətəndaşlarının üzərinə kollektiv məsuliyyət qoymaq... 18.08.2022, Sputnik Azərbaycan
2022-08-18T21:44+0400
2022-08-18T21:44+0400
2022-08-18T21:44+0400
almaniya
dünya xəbərləri
rusiya
avropa ittifaqı
ukrayna
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42179/50/421795047_0:167:3049:1882_1920x0_80_0_0_154efc24f82627deb33670771376ce1f.jpg
BAKI, 18 avqust — Sputnik. Bir sıra Avropa İttifaqı ölkələrinin Rusiya vətəndaşları üçün viza məhdudiyyətləri sivil ölkələrin ənənələrinə zidd olaraq anti-Rusiya əhval-ruhiyyəsini və gərginliyi artırır. Rusiya mediası xəbər verir ki, bunu sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasının lideri Tino Krupalla bildirib."Bu addımlar anti-Rusiya əhval-ruhiyyəsini qızışdırır və sivil ölkələrin ənənələrinə ziddir. Qorxuram ki, bu, gərginliyi artıracaq və sülh danışıqlarını daha da çətinləşdirəcək", - Krupalla bildirib.Bundan əlavə, o, məhdudiyyətləri xüsusi əməliyyata görə Rusiya vətəndaşlarının üzərinə kollektiv məsuliyyət qoymaq cəhdi adlandırıb.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42179/50/421795047_159:0:2890:2048_1920x0_80_0_0_de5f57599204096b483da96e5aa8eb46.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
almaniya, rusiya, avropa ittifaqı, ukrayna, müdafiə nazirliyi
almaniya, rusiya, avropa ittifaqı, ukrayna, müdafiə nazirliyi
Almaniya müxalifətindən Rusiya vətəndaşları üçün viza məhdudiyyətinə sərt reaksiya
Almaniya üçün Alternativ Partiyasının lideri Tino Krupalla məhdudiyyətləri xüsusi əməliyyata görə Rusiya vətəndaşlarının üzərinə kollektiv məsuliyyət qoymaq cəhdi adlandırıb.
BAKI, 18 avqust — Sputnik. Bir sıra Avropa İttifaqı ölkələrinin Rusiya vətəndaşları üçün viza məhdudiyyətləri sivil ölkələrin ənənələrinə zidd olaraq anti-Rusiya əhval-ruhiyyəsini və gərginliyi artırır. Rusiya mediası xəbər verir ki, bunu sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasının lideri Tino Krupalla bildirib.
"Bu addımlar anti-Rusiya əhval-ruhiyyəsini qızışdırır və sivil ölkələrin ənənələrinə ziddir. Qorxuram ki, bu, gərginliyi artıracaq və sülh danışıqlarını daha da çətinləşdirəcək", - Krupalla bildirib.
Bundan əlavə, o, məhdudiyyətləri xüsusi əməliyyata görə Rusiya vətəndaşlarının üzərinə kollektiv məsuliyyət qoymaq cəhdi adlandırıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.