https://sputnik.az/20220817/ryabkov-ranin-nuve-sazisinin-berpasi-ucun-vyana-formatinda-isler-yekunlasir-445109520.html
Ryabkov: İranın nüvə sazişinin bərpası üçün Vyana formatında işlər yekunlaşır
Ryabkov: İranın nüvə sazişinin bərpası üçün Vyana formatında işlər yekunlaşır
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, İranın nüvə proqramı üzrə JCPOA üzrə nazirlərin görüşünün formatı və vaxtı danışıqların iştirakçıları öz... 17.08.2022, Sputnik Azərbaycan
2022-08-17T19:16+0400
2022-08-17T19:16+0400
2022-08-17T19:54+0400
sergey ryabkov
dünya xəbərləri
iran
nüvə sazişi
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438037547_0:184:2987:1864_1920x0_80_0_0_9e230f74ee8da98e561a8b17cea5cbaa.jpg
BAKI, 17 avqust — Sputnik. İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) Vyana formatında bərpası üzrə işlər son mərhələdədir, lakin hələlik bütün məsələlər həllini tapmayıb. Bu barədə TASS-a Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib."JCPOA-nın bərpası üzrə Vyana formatında işlər son mərhələdədir. Hələ ki, bütün məsələlər həllini tapmayıb, lakin müxtəlif mövzular üzrə intensiv təmaslar davam edir. Rusiya nümayəndə heyəti həmkarları ilə sıx və məhsuldar qarşılıqlı əlaqədədir", - Ryabkov bildirib.Nazirlərin görüşünün tarixiRyabkov bildirib ki, İranın nüvə proqramı (JCPOA) üzrə nazirlərin görüşünün formatı və vaxtı danışıqların iştirakçıları öz işlərini tam başa vurduqdan sonra müəyyən edilməlidir."Biz tərəfdarıyıq ki, danışıqların iştirakçıları əvvəlcə öz işlərini tam yekunlaşdırsınlar. Bundan sonra nazirlərin görüşünün formatı və konkret tarixlərinə baxmaq mümkün olacaq", - nazir müavini bildirib.Rusiyanın Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, İranın nüvə sazişi üzrə Birgə Komissiyanın nazirlər iclası onun bərpası üzrə danışıqların yekun mərhələsi çərçivəsində bu və ya gələn həftə baş tuta bilər.İranın nüvə proqramı üzrə sazişin həyata keçirilməsi üzrə Birgə Komissiyaya Rusiya, Böyük Britaniya, Almaniya, Çin, İran və Fransa daxildir. Sazişə əvvəl ABŞ da daxil idi.JCPOA 2015-ci ildə İranın nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən imzalanıb. 2018-ci ildə ABŞ-ın ozamankı prezidenti, respublikaçı Donald Tramp bu sazişdən çıxmaq qərarına gəlib. ABŞ-ın hazırkı lideri Co Bayden dəfələrlə Vaşinqtonu Tehranla nüvə sazişinə qaytarmağa hazır olduğuna işarə edib. Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa keçən ilin aprelindən Vyanada İranla JCPOA-nın ilkin formada bərpası üçün danışıqlar aparır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438037547_129:0:2858:2047_1920x0_80_0_0_c49940a2c9e6bb29b0de81a3bf47fcca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey ryabkov, iran, nüvə sazişi
sergey ryabkov, iran, nüvə sazişi
Ryabkov: İranın nüvə sazişinin bərpası üçün Vyana formatında işlər yekunlaşır
19:16 17.08.2022 (Yenilənib: 19:54 17.08.2022) Rusiya xarici işlər nazirinin müavini bildirib ki, İranın nüvə proqramı üzrə JCPOA üzrə nazirlərin görüşünün formatı və vaxtı danışıqların iştirakçıları öz işlərini tam başa vurduqdan sonra müəyyən edilməlidir.
BAKI, 17 avqust — Sputnik. İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) Vyana formatında bərpası üzrə işlər son mərhələdədir, lakin hələlik bütün məsələlər həllini tapmayıb. Bu barədə TASS-a Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"JCPOA-nın bərpası üzrə Vyana formatında işlər son mərhələdədir. Hələ ki, bütün məsələlər həllini tapmayıb, lakin müxtəlif mövzular üzrə intensiv təmaslar davam edir. Rusiya nümayəndə heyəti həmkarları ilə sıx və məhsuldar qarşılıqlı əlaqədədir", - Ryabkov bildirib.
Nazirlərin görüşünün tarixi
Ryabkov bildirib ki, İranın nüvə proqramı (JCPOA) üzrə nazirlərin görüşünün formatı və vaxtı danışıqların iştirakçıları öz işlərini tam başa vurduqdan sonra müəyyən edilməlidir.
"Biz tərəfdarıyıq ki, danışıqların iştirakçıları əvvəlcə öz işlərini tam yekunlaşdırsınlar. Bundan sonra nazirlərin görüşünün formatı və konkret tarixlərinə baxmaq mümkün olacaq", - nazir müavini bildirib.
Rusiyanın Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, İranın nüvə sazişi üzrə Birgə Komissiyanın nazirlər iclası onun bərpası üzrə danışıqların yekun mərhələsi çərçivəsində bu və ya gələn həftə baş tuta bilər.
İranın nüvə proqramı üzrə sazişin həyata keçirilməsi üzrə Birgə Komissiyaya Rusiya, Böyük Britaniya, Almaniya, Çin, İran və Fransa daxildir. Sazişə əvvəl ABŞ da daxil idi.
JCPOA 2015-ci ildə İranın nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən imzalanıb. 2018-ci ildə ABŞ-ın ozamankı prezidenti, respublikaçı Donald Tramp bu sazişdən çıxmaq qərarına gəlib. ABŞ-ın hazırkı lideri Co Bayden dəfələrlə Vaşinqtonu Tehranla nüvə sazişinə qaytarmağa hazır olduğuna işarə edib. Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa keçən ilin aprelindən Vyanada İranla JCPOA-nın ilkin formada bərpası üçün danışıqlar aparır.