https://sputnik.az/20220817/opec-bas-katibi-rusiya-neft-bazarinda-sabitliyin-qorunmasinda-muhum-rol-oynayir-445109153.html
OPEC baş katibi: Rusiya neft bazarında sabitliyin qorunmasında mühüm rol oynayır
OPEC baş katibi: Rusiya neft bazarında sabitliyin qorunmasında mühüm rol oynayır
Sputnik Azərbaycan
Bu görüş təşkilatın Rusiya ilə çox yaxın münasibətlərinin olduğunu və ümumilikdə OPEC ölkələri arasında parçalanmanın olmadığını göstərdi. 17.08.2022, Sputnik Azərbaycan
2022-08-17T19:45+0400
2022-08-17T19:45+0400
2022-08-17T20:28+0400
opec
neft-qaz
neft
tələbat
hasilat
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425891097_0:385:2956:2048_1920x0_80_0_0_82687f60920e4a65b7e284d7476caf16.jpg
BAKI, 17 avqust — Sputnik. Neft İxrac Edən Ölkələrin Təşkilatının (OPEC) baş katibi, Küveytin nümayəndəsi Heysəm əl-Qais Rusiyanın neft bazarında sabitliyin qorunmasında çox mühüm rol oynadığını bildirib. O, bu barədə ABŞ-ın "Bloomberg" agentliyinə müsahibəsində bildirib.O, OPEC+ ölkələrinin avqustun 3-də keçirilən nazirlər konfransını da şərh edib.Bu görüş təşkilatın Rusiya ilə çox yaxın münasibətlərinin olduğunu və ümumilikdə OPEC ölkələri arasında parçalanmanın olmadığını göstərdi.Avqustun 3-də OPEC+ nazirləri sentyabr ayında xam neft hasilatını sutkada 100 min barel (bpd) artırmaq barədə razılığa gəliblər. Sonra Rusiya və Səudiyyə Ərəbistanı isə hər bir ölkə üçün hasilatı sutkada 26.000 barel artırmağa razılaşıblar.Daha sonra, avqustun 11-də OPEC 2022-ci ildə dünya neft tələbatının artım tempi ilə bağlı proqnozunu 300 min barel azaldaraq, sutkada 3,1 milyon barelə endirib.Qeyd edək ki, iyunun 30-da OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 30-cu iclasında gündəlik xam neft hasilatının avqustda 648 min barel artırılması ilə bağlı qərarı Azərbaycan tərəfindən dəstəklənib.Avqust ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 11 min barel artırılaraq 717 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə yekunlaşması nəzərdə tutulur.Bu, neft bazarının tənəzzülü şəraitində tələb-təklif tarazlığının bərpası məqsədilə 2020-ci ilin aprel ayında qəbul edilmiş tarixi razılaşmanın mərhələli icrası çərçivəsində OPEC+ ölkələri üzrə gündəlik xam neft hasilatı ilə bağlı yekun ixtisarlardır.Azərbaycanın xam neft hasilatının azaldılması ilə bağlı uzunmüddətli öhdəlikləri başa çatır.Xatırladaq ki, OPEC+ ölkələri üzrə 5,8 mln. barelə yaxın ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda qəbul edilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425891097_225:0:2956:2048_1920x0_80_0_0_dcce18d00d0212e4c699e8be9e7a2ebe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
opec, neft, tələbat, hasilat
opec, neft, tələbat, hasilat
OPEC baş katibi: Rusiya neft bazarında sabitliyin qorunmasında mühüm rol oynayır
19:45 17.08.2022 (Yenilənib: 20:28 17.08.2022) Bu görüş təşkilatın Rusiya ilə çox yaxın münasibətlərinin olduğunu və ümumilikdə OPEC ölkələri arasında parçalanmanın olmadığını göstərdi.
BAKI, 17 avqust — Sputnik. Neft İxrac Edən Ölkələrin Təşkilatının (OPEC) baş katibi, Küveytin nümayəndəsi Heysəm əl-Qais Rusiyanın neft bazarında sabitliyin qorunmasında çox mühüm rol oynadığını bildirib. O, bu barədə ABŞ-ın "Bloomberg" agentliyinə müsahibəsində bildirib.
O, OPEC+ ölkələrinin avqustun 3-də keçirilən nazirlər konfransını da şərh edib.
Bu görüş təşkilatın Rusiya ilə çox yaxın münasibətlərinin olduğunu və ümumilikdə OPEC ölkələri arasında parçalanmanın olmadığını göstərdi.
Avqustun 3-də OPEC+ nazirləri sentyabr ayında xam neft hasilatını sutkada 100 min barel (bpd) artırmaq barədə razılığa gəliblər. Sonra Rusiya və Səudiyyə Ərəbistanı isə hər bir ölkə üçün hasilatı sutkada 26.000 barel artırmağa razılaşıblar.
Daha sonra, avqustun 11-də OPEC 2022-ci ildə dünya neft tələbatının artım tempi ilə bağlı proqnozunu 300 min barel azaldaraq, sutkada 3,1 milyon barelə endirib.
Qeyd edək ki, iyunun 30-da OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 30-cu iclasında gündəlik xam neft hasilatının avqustda 648 min barel artırılması ilə bağlı qərarı Azərbaycan tərəfindən dəstəklənib.
Avqust ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 11 min barel artırılaraq 717 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə yekunlaşması nəzərdə tutulur.
Bu, neft bazarının tənəzzülü şəraitində tələb-təklif tarazlığının bərpası məqsədilə 2020-ci ilin aprel ayında qəbul edilmiş tarixi razılaşmanın mərhələli icrası çərçivəsində OPEC+ ölkələri üzrə gündəlik xam neft hasilatı ilə bağlı yekun ixtisarlardır.
Azərbaycanın xam neft hasilatının azaldılması ilə bağlı uzunmüddətli öhdəlikləri başa çatır.
Xatırladaq ki, OPEC+ ölkələri üzrə 5,8 mln. barelə yaxın ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda qəbul edilmişdi.