https://sputnik.az/20220817/obyektlerde-ve-evlerde-elektrik-enerjisinin-talanmasi-hallari-askarlanib---vdeo-445091721.html
Obyektlərdə və evlərdə elektrik enerjisinin talanması halları aşkarlanıb - VİDEO
Obyektlərdə və evlərdə elektrik enerjisinin talanması halları aşkarlanıb - VİDEO
Sputnik Azərbaycan
Sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadəyə rast gəlinir 17.08.2022, Sputnik Azərbaycan
2022-08-17T13:12+0400
2022-08-17T13:12+0400
2022-08-17T13:12+0400
elektrik
cəmiyyət
elektrik enerjisi
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443400694_0:0:1920:1080_1920x0_80_0_0_978663c48f6ba97f291313920f3bfdb0.jpg
BAKI, 17 avqust — Sputnik. "Azərişıq" ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir. Bu yenilənmələr xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilir. Bunlarla yanaşı, abonentlərlə mütamadi olaraq maarifləndirici söhbətlər də aparılır.Görülən bütün tədbirlərə baxmayaraq, təəssüf ki, elektrik enerjisinin talanması hallarının qarşısını tam almaq mümkün olmayıb. Sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadəyə rast gəlinir.Bu barədə "Azərişıq" ASC məlumat yayıb.Belə hallardan biri İsmayıllı rayonunda yerləşən "Bazar market" adlı obyektdə aşkarlanıb. Baxış zamanı məlum olub ki, obyektə elektrik sayğacından kənar xətt daxil olur.Analoji hal Quba rayonunun Zərdabi qəsəbəsində fəaliyyət göstərən marketlərin birində də aşkarlanıb.Daha bir neqativ hal Lənkəran rayonunun Separadi kəndində şadlıq evinin sayğacına baxış zamanı müəyyən edilib. Restorana elektrik sayğacından kənar xətt daxil olduğu ortaya çıxıb.Uçot dəstinə müdaxilələr obyektlərlə yanaşı, fərdi yaşayış evlərində də aşkar edilib. Xırdalan şəhərində abonentin sayğaca qanusuz müdaxiləsi müəyyən olunub. Belə ki, abonent sayğacın üzərinə maqnit yerləşdirib və beləcə hərəkət mexanizmini dayandırıb.Növbəti belə faktlardan biri Xızı rayonu Şurabad qəsəbəsində fərdi yaşayış evində qeydə alınıb. Yeraltı xətt çəkilməklə uçot dəstinə qanunsuz qoşulmanın olduğu aşkarlanıb.Hər bir abonent bu məsələdə məsuliyyətli olmalıdır. Sayğaclara edilən qanunsuz müdaxilələr, elektrik veriliş xətlərinə uçotdan kənar qoşulmalar səbəbindən xətlər həddindən artıq yüklənir və nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyəti azalır, gərginliyin aşağı həddə düşməsinə səbəb olur. Bu da istehlakçıları keyfiyyətli elektrik enerjisi ilə təmin etməyə maneələr yaradır. Ən əsası isə belə neqativ hallar insanların həyat və sağlamlıqları üçün ciddi təhlükədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443400694_240:0:1680:1080_1920x0_80_0_0_86650f76df691613b451813947f5e391.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elektrik, elektrik enerjisi
elektrik, elektrik enerjisi
Obyektlərdə və evlərdə elektrik enerjisinin talanması halları aşkarlanıb - VİDEO
Sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadəyə rast gəlinir
BAKI, 17 avqust — Sputnik. "Azərişıq" ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir. Bu yenilənmələr xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilir. Bunlarla yanaşı, abonentlərlə mütamadi olaraq maarifləndirici söhbətlər də aparılır.
Görülən bütün tədbirlərə baxmayaraq, təəssüf ki, elektrik enerjisinin talanması hallarının qarşısını tam almaq mümkün olmayıb. Sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadəyə rast gəlinir.
Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Belə hallardan biri İsmayıllı rayonunda yerləşən "Bazar market" adlı obyektdə aşkarlanıb. Baxış zamanı məlum olub ki, obyektə elektrik sayğacından kənar xətt daxil olur.
Analoji hal Quba rayonunun Zərdabi qəsəbəsində fəaliyyət göstərən marketlərin birində də aşkarlanıb.
Daha bir neqativ hal Lənkəran rayonunun Separadi kəndində şadlıq evinin sayğacına baxış zamanı müəyyən edilib. Restorana elektrik sayğacından kənar xətt daxil olduğu ortaya çıxıb.
Uçot dəstinə müdaxilələr obyektlərlə yanaşı, fərdi yaşayış evlərində də aşkar edilib. Xırdalan şəhərində abonentin sayğaca qanusuz müdaxiləsi müəyyən olunub. Belə ki, abonent sayğacın üzərinə maqnit yerləşdirib və beləcə hərəkət mexanizmini dayandırıb.
Növbəti belə faktlardan biri Xızı rayonu Şurabad qəsəbəsində fərdi yaşayış evində qeydə alınıb. Yeraltı xətt çəkilməklə uçot dəstinə qanunsuz qoşulmanın olduğu aşkarlanıb.
Hər bir abonent bu məsələdə məsuliyyətli olmalıdır. Sayğaclara edilən qanunsuz müdaxilələr, elektrik veriliş xətlərinə uçotdan kənar qoşulmalar səbəbindən xətlər həddindən artıq yüklənir və nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyəti azalır, gərginliyin aşağı həddə düşməsinə səbəb olur. Bu da istehlakçıları keyfiyyətli elektrik enerjisi ilə təmin etməyə maneələr yaradır. Ən əsası isə belə neqativ hallar insanların həyat və sağlamlıqları üçün ciddi təhlükədir.