Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Müslüm Maqomayevlə son görüşünü xatırladıb

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 17.08.2022
Abunə olmaq
Bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin doğum günüdür
BAKI, 17 avqust — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev dünyaşöhrətli müğənni Müslüm Maqomayevlə son görüşünü də xatırladıb.
Dövlət başçısı Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinın açılış mərasimindəki çıxışında bunları söyləyib:
"Atam Heydər Əliyev də Müslüm Maqomayevin fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi. Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı. Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq. Bizim aramızda yaş fərqi böyük olsa da, bu, heç vaxt hiss olunmurdu. Çünki biz uzun illər dostluq əlaqələri saxlayırdıq və son görüşümü də Mehribanla Moskvada Müslümün və Tamaranın evində xüsusilə xatırlayıram. Artıq Müslümün səhhəti o qədər də yaxşı deyildi, problemlər var idi, ancaq buna baxmayaraq, bizi çox səmimiyyətlə qarşıladı və biz bir neçə saat onların evində olarkən çox səmimi söhbətlər etdik, keçmişi xatırladıq, atamı, rəhmətlik anamı xatırladıq, o gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq”.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər
Президент Ильхам Алиев и Первая леди Мехрибан Алиева приняли участие в открытии памятника Муслиму Магомаеву в Бакинском приморском национальном парке - Sputnik Azərbaycan, 1920, 17.08.2022
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər
Dövlət başçısı Müslüm Maqomayevlə son görüşü barədə söhbətini belə davam etdiib: “Bildiyiniz kimi, son illər Müslümün ayaqlarında müəyyən problemlər var idi. Ancaq o qədər səmimi atmosfer var idi ki, hətta sonra bəlli oldu, uzun illər evdən çıxmayan Müslüm bayıra çıxdı, bizi yola saldı. Ağlımıza gəlməzdi ki, bu, bizim son görüşümüz idi”.
***
Avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər
Президент Ильхам Алиев и Первая леди Мехрибан Алиева приняли участие в открытии памятника Муслиму Магомаеву в Бакинском приморском национальном парке - Sputnik Azərbaycan, 1920, 17.08.2022
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər
***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində dünya şöhrətli azərbaycanlı opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: "Unudulmaz və əziz Dost, nurlu xatirəni ehtiramla yad edirəm!"
Xatırladaq ki, bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub.
19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə "Azərbaycan Dövlət Estrada Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib.
Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb.
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
Xəbər lenti
0