NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft İran xəbərləri ilə bahalaşıb

© AP Photo / Robert F. BukatyНефтяной танкер, фото из архива
Нефтяной танкер, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.08.2022
Abunə olmaq
Dünən "Brent" nefti fevralın 18-dən bəri ilk dəfə 92 dollardan aşağı düşüb. Hazırda neft qiymətləri nisbətən qalxıb
BAKI, 17 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri nisbətən bahalaşıb.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,85 dollar artaraq 93,19 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,89 dollar bahalaşaraq 87,42 dollar olub.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,5 dollar azalaraq 94,11 dollar olub.
Neft bazarında diqqətlər İranla nüvə danışıqlarına yönəlib. Qərb ölkələri ilə İran arasında nüvə sazişinin bərpası istiqamətində aparılan danışıqlarda irəliləyiş əldə olunduğu xəbəri neftin qiymətinin qalxmasına səbəb olub. Buna baxmayaraq qısamüddətli sövdələşmənin hələ də mümkün olmayacağına dair gözləntilər də var.
Xatırladaq ki, dünən "Brent" markalı neftin qiyməti fevralın 18-dən bəri ilk dəfə bir barel üçün 92 dollardan aşağı düşüb.
Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Xəbər lenti
0