https://sputnik.az/20220816/yumurtanin-yene-bahalasacagi-gozlenilir---toyuq-eti-ise-ucuzlasib-445072622.html
Yumurtanın yenə bahalaşacağı gözlənilir - Toyuq əti isə ucuzlaşıb
Yumurtanın yenə bahalaşacağı gözlənilir - Toyuq əti isə ucuzlaşıb
Sputnik Azərbaycan
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri yumurtanın bahalaşmasının səbəbləri və qiymətlər barədə Sputnik Azərbaycan-a danışıb 16.08.2022, Sputnik Azərbaycan
2022-08-16T20:33+0400
2022-08-16T20:33+0400
2022-08-16T22:19+0400
yumurta
cəmiyyət
quş əti
istehsal
https://cdnn1.img.sputnik.az/img/42434/66/424346625_0:158:3000:1846_1920x0_80_0_0_8be3519c9d14e4a5cc1a7318d9334e23.jpg
BAKI, 16 avqust — Sputnik. Azərbaycanda yumurtanın bahalaşmasının əsas səbəbi yemin qiymətinin qalxması və tələbatın artmasıdır.Bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a son vaxtlar yumurtanın bahalaşmasından danışarkən deyib.Yaxın 15 gündə tələb daha da artacaqO bildirib ki, həmişə sentyabr ayı ərəfəsində yumurtaya tələb artır: "Yaxın 15 gündə tələb daha da artacaq. Hazırda müəssisələrdə kifayət qədər yumurta istehsal edilir, təkliflərdə azalma yoxdur".Payıza doğru qiymətin qalxması gözlənilirMürvət Həsənli qarşıdakı aylarda yumurtanın qiymətində ciddi artım gözləmir: "Yumurta istehsalında böyük rəqabət var. 15-ə yaxın firma ciddi şəkildə yumurta istehsalı ilə məşğul olur. Rəqabətin olduğu yerdə inanmıram ki, qiymətin qalxması fantastik həddə olsun. Hazırda bir qutu yumurtanın maya dəyəri 50-52 manat arasındadır. Bir ay bundan öncə bir qutu yumurtanın topdansatışı 34-38 manat civarında idi, yəni qiymətlər maya dəyərindən aşağı olmuşdu. Çünki bazarda təklif çox, tələb isə az idi. Hazırda bir qutu yumurtanın topdansatışı 48 manatdır. Lakin payıza doğru qiymətin qalxması gözlənilir. Fikrimcə, bir qutu yumurtanın satışı 54-55 manat civarında dayanacaq, sabitləşəcək".Yemlər 2 dəfədən çox bahalaşıbO qeyd edib ki, dünyada yemlərin qiyməti 2 dəfədən çox qalxıb: "Son 1 ildə qarğıdalının 1 tonu 320 manatdan 800 manata, günəbaxan yağı 1600 manatdan 4200 manata, soya 980-1000 manatdan 1600-1700 manata, buğda 280-300 manatdan 600 manata yüksəlib. Lakin ötən ay soya idxalının ƏDV-dən azad olunması nəticəsində soyanın ölkəyə gətirilməsi 1100-1200 manata başa gəlir. Yəni son bir ayda soya ucuzlaşıb. Yemlər ölkəyə əsasən Rusiyadan, Qazaxıstandan, Ukraynadan gətirilir".Yerli istehsal daxili tələbatı 130 faiz ödəyirM.Həsənli diqqətə çatdırıb ki, Azərbaycanda gündəlik yumurta tələbatı 3 milyon 600 min civarındadır: "Yay aylarında isə gündəlik tələbat 2 milyon 200 minədək düşür. Ölkədə 5 milyona yaxın yumurta istehsal edilir. Azərbaycanda yumurta üzrə yerli istehsal daxili tələbatı 130 faiz ödəyir. Qətərə, İraqa, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə yumurta ixrac edilir. Rusiyaya da yumurta ixracı ilə bağlı razılıq əldə edilib, hazırda sənədləşmə işləri aparılır".Toyuq əti isə ucuzlaşıbToyuq ətinin qiymətindən də danışan M.Həsənli son bir ayda toyuq ətinin qiymətində 6-7 faizədək ucuzlaşma olduğunu söyləyib: "Bu da soya və yem əlavələrinin idxalının ƏDV-dən azad olunması ilə bağlıdır. Ötən ay dövlət başçısı bununla bağlı fərman imzalayıb. Yemin qiyməti aşağı düşdüyünə görə toyuq ətinin də qiyməti ucuzlaşıb. 1 kiloqram toyuq ətində yemin dəyəri 68-70 faizdir. Yem ucuzlaşanda ətin qiyməti də avtomatik aşağı düşür".Ən çox bahalaşma yumurtada olubXatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ay iyun ayına görə ərzaq məhsulları içərisində ən çox bahalaşma yumurtada (1,8 faiz artım) qeydə alınıb.Hazırda bazarlarda ağ toyuq yumurtası 13-15 qəpiyə (daha əvvəl 10-11 qəpiyə), sarı yumurta isə 20 qəpiyə (daha əvvəl 16 qəpiyə) satılır.Yumurta istehsalı artıbDövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 317,1 min ton, yumurta istehsalı 4,0 faiz artaraq 1 milyard 165,1 milyon ədəd olub.Onu da bildirək ki, Prezident İlham Əliyevin fərmanı ilə bu ilin iyulun 1-də idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı təsdiqlənib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42434/66/424346625_164:0:2836:2004_1920x0_80_0_0_babd0f21c6e2eea2e3fffad907ba6774.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yumurta, quş əti, istehsal
yumurta, quş əti, istehsal
Yumurtanın yenə bahalaşacağı gözlənilir - Toyuq əti isə ucuzlaşıb
20:33 16.08.2022 (Yenilənib: 22:19 16.08.2022) Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri yumurtanın bahalaşmasının səbəbləri və qiymətlər barədə Sputnik Azərbaycan-a danışıb
BAKI, 16 avqust — Sputnik. Azərbaycanda yumurtanın bahalaşmasının əsas səbəbi yemin qiymətinin qalxması və tələbatın artmasıdır.
Bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a son vaxtlar yumurtanın bahalaşmasından danışarkən deyib.
Yaxın 15 gündə tələb daha da artacaq
O bildirib ki, həmişə sentyabr ayı ərəfəsində yumurtaya tələb artır: "Yaxın 15 gündə tələb daha da artacaq. Hazırda müəssisələrdə kifayət qədər yumurta istehsal edilir, təkliflərdə azalma yoxdur".
Payıza doğru qiymətin qalxması gözlənilir
Mürvət Həsənli qarşıdakı aylarda yumurtanın qiymətində ciddi artım gözləmir: "Yumurta istehsalında böyük rəqabət var. 15-ə yaxın firma ciddi şəkildə yumurta istehsalı ilə məşğul olur. Rəqabətin olduğu yerdə inanmıram ki, qiymətin qalxması fantastik həddə olsun. Hazırda bir qutu yumurtanın maya dəyəri 50-52 manat arasındadır. Bir ay bundan öncə bir qutu yumurtanın topdansatışı 34-38 manat civarında idi, yəni qiymətlər maya dəyərindən aşağı olmuşdu. Çünki bazarda təklif çox, tələb isə az idi. Hazırda bir qutu yumurtanın topdansatışı 48 manatdır. Lakin payıza doğru qiymətin qalxması gözlənilir. Fikrimcə, bir qutu yumurtanın satışı 54-55 manat civarında dayanacaq, sabitləşəcək".
Yemlər 2 dəfədən çox bahalaşıb
O qeyd edib ki, dünyada yemlərin qiyməti 2 dəfədən çox qalxıb: "Son 1 ildə qarğıdalının 1 tonu 320 manatdan 800 manata, günəbaxan yağı 1600 manatdan 4200 manata, soya 980-1000 manatdan 1600-1700 manata, buğda 280-300 manatdan 600 manata yüksəlib. Lakin ötən ay soya idxalının ƏDV-dən azad olunması nəticəsində soyanın ölkəyə gətirilməsi 1100-1200 manata başa gəlir. Yəni son bir ayda soya ucuzlaşıb. Yemlər ölkəyə əsasən Rusiyadan, Qazaxıstandan, Ukraynadan gətirilir".
Yerli istehsal daxili tələbatı 130 faiz ödəyir
M.Həsənli diqqətə çatdırıb ki, Azərbaycanda gündəlik yumurta tələbatı 3 milyon 600 min civarındadır: "Yay aylarında isə gündəlik tələbat 2 milyon 200 minədək düşür. Ölkədə 5 milyona yaxın yumurta istehsal edilir. Azərbaycanda yumurta üzrə yerli istehsal daxili tələbatı 130 faiz ödəyir. Qətərə, İraqa, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə yumurta ixrac edilir. Rusiyaya da yumurta ixracı ilə bağlı razılıq əldə edilib, hazırda sənədləşmə işləri aparılır".
Toyuq ətinin qiymətindən də danışan M.Həsənli son bir ayda toyuq ətinin qiymətində 6-7 faizədək ucuzlaşma olduğunu söyləyib: "Bu da soya və yem əlavələrinin idxalının ƏDV-dən azad olunması ilə bağlıdır. Ötən ay dövlət başçısı bununla bağlı fərman imzalayıb. Yemin qiyməti aşağı düşdüyünə görə toyuq ətinin də qiyməti ucuzlaşıb. 1 kiloqram toyuq ətində yemin dəyəri 68-70 faizdir. Yem ucuzlaşanda ətin qiyməti də avtomatik aşağı düşür".
Ən çox bahalaşma yumurtada olub
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ay iyun ayına görə ərzaq məhsulları içərisində ən çox bahalaşma yumurtada (1,8 faiz artım) qeydə alınıb.
Hazırda bazarlarda ağ toyuq yumurtası 13-15 qəpiyə (daha əvvəl 10-11 qəpiyə), sarı yumurta isə 20 qəpiyə (daha əvvəl 16 qəpiyə) satılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 317,1 min ton, yumurta istehsalı 4,0 faiz artaraq 1 milyard 165,1 milyon ədəd olub.
Onu da bildirək ki, Prezident İlham Əliyevin fərmanı ilə bu ilin iyulun 1-də idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı təsdiqlənib.