DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə və Suriya arasında birbaşa təmaslar ola bilər

© AFP 2024 / ILYAS AKENGINSuriya
Suriya  - Sputnik Azərbaycan, 1920, 16.08.2022
Abunə olmaq
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini bildirib ki, diplomatiyada dialoq mövcud fikir ayrılıqlarını aradan qaldırmağın ən vacib yollarından biridir.
BAKI, 16 avqust — Sputnik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Hayati Yazıcı Ankara ilə Dəməşq arasında 2011-ci ildə başa çatan birbaşa dialoqun mümkünlüyünü istisna etməyib.
"Dəməşqlə birbaşa təmaslar ola bilər, münasibətlərin səviyyəsi yüksələ bilər. Diplomatiyada dialoq mövcud fikir ayrılıqlarını aradan qaldırmağın ən vacib yollarından biridir", - türkiyəli siyasətçi bildirib.
Suriyada vətəndaş müharibəsi başlayandan bəri kütləvi qaçqın axını və Bəşər Əsədin qeyri-insani hərəkətləri səbəbindən Dəməşq və Ankara arasında münasibətlər xeyli pisləşib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə mətbuatı hökumətdəki mənbələrə istinadla Rusiya lideri Vladimir Putinin təklifi ilə Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsədin telefon danışığı apara biləcəyini yazıb. Nəşrin məlumatına görə, Putin Ərdoğanla Əsədi şəxsən görüşə dəvət edib. Buna baxmayaraq, Ankara hesab edir ki, belə bir görüş üçün əlverişli məqam hələ çatmayıb.
Xəbər lenti
0