DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə və Britaniya NATO-dan kənarda hərbi əməkdaşlıq edəcək?

© AFP 2023 / FACUNDO ARRIZABALAGA Türkiyə və Britaniya bayraqları, arxiv şəkli
Türkiyə və Britaniya bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.08.2022
Abunə olmaq
Türkiyə milli müdafiə naziri Hulusi Akar ilə Böyük Britaniya müdafiə naziri Ben Uolles ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
BAKI, 16 avqust — Sputnik. Türkiyə milli müdafiə naziri Hulusi Akar ilə Böyük Britaniya müdafiə naziri Ben Uolles arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, danışıq zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Böyük Britaniya ölkənin kəşfiyyat təyyarəsinin Rusiyanın da hava məkanından keçəcək marşrutla uçuşu üçün müraciət edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Nazirlik Rusiya Hava Kosmik Qüvvələrinə təyyarənin Rusiya səması üzərindən uçuşuna mane olmaq tapşırığı verilib.
"Böyük Britaniya RC-135 kəşfiyyat təyyarəsinin Rusiya ərazisindən keçərək uçuşu üçün müraciət edib. Bunu məqsədyönlü təxribat sayırıq", - açıqlamada deyilir.
Rusiya Müdafiə Nazirliyi baş verə biləcəklərə görə bütün məsuliyyətin rəsmi Londonun üzərinə düşəcəyini xatırladıb.
Xəbər lenti
0