https://sputnik.az/20220816/terrorculuga-qarsi-mubarize-cercivesinde-6-nefer-sexs-saxlanilib-445060184.html
Terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb
Terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb
Sputnik Azərbaycan
Dövlət Sərhəd Xidməti rəisinin müavini bildirib ki, qanunsuz müqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil... 16.08.2022, Sputnik Azərbaycan
2022-08-16T13:37+0400
2022-08-16T13:37+0400
2022-08-16T13:37+0400
azərbaycan
cəmiyyət
həbs
saxlanılma
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427935400_0:0:1025:577_1920x0_80_0_0_484d56a45e3c7dc4a5c428a7cabaca83.jpg
BAKI, 16 avqust — Sputnik. "Son bir il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib".Bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb:"Qanunsuz müqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Dövlət Sərhəd Xidmətinin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapıb. Azərbaycan sərhədçiləri tərəfindən son bir il ərzində 448 nəfər sərhəd pozucusu, 861 nəfər sərhəd rejim pozucusu saxlanılıb”, - deyə DSX rəisinin müavini qeyd edib.O bildirib ki, bir il ərzində 2 594 nəfər hüquq mühafizə orqanları tərəfindən axtarışda olan, 5 nəfər özgəsinə məxsus, 289 nəfər saxta sənədlə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb: “Ümumi dəyəri təxminən 76 443 870 manat olan qaçaqmalın, o cümlədən 95 151 ədəd psixotrop dərman preparatının və 1 ton 14 kq 275 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb”.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427935400_0:0:911:683_1920x0_80_0_0_7d30103e30b5442174c3676ac8b9ac36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, həbs, saxlanılma
azərbaycan, həbs, saxlanılma
Terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb
Dövlət Sərhəd Xidməti rəisinin müavini bildirib ki, qanunsuz müqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
BAKI, 16 avqust — Sputnik. "Son bir il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib".
Bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb:
"Qanunsuz müqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Dövlət Sərhəd Xidmətinin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapıb. Azərbaycan sərhədçiləri tərəfindən son bir il ərzində 448 nəfər sərhəd pozucusu, 861 nəfər sərhəd rejim pozucusu saxlanılıb”, - deyə DSX rəisinin müavini qeyd edib.
O bildirib ki, bir il ərzində 2 594 nəfər hüquq mühafizə orqanları tərəfindən axtarışda olan, 5 nəfər özgəsinə məxsus, 289 nəfər saxta sənədlə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb: “Ümumi dəyəri təxminən 76 443 870 manat olan qaçaqmalın, o cümlədən 95 151 ədəd psixotrop dərman preparatının və 1 ton 14 kq 275 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb”.