Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident bir sıra ölkələrin yeni təyin olunmuş səfirlərini qəbul edib

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 16.08.2022
Abunə olmaq
İlham Əliyev dörd ölkənin Azərbaycana təyin edilmiş səfirlərinin etimadnaməsini qəbul edib.
BAKI, 16 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da bir sıra dövlətlərin ölkəmizdəki səfirlərinin etimadnaməsini qəbul edib.
Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsi dövlət başçısı tərəfindən qəbul edilib.
Argentinanın ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi də etimadnaməsi Azərbaycan Prezidentinə təqdim edib.
Bu gün Prezident İlham Əliyev həmçinin İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzonun etimadnaməsini qəbul edib.
Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsi də avqustun 16-da dövlət başçısı tərəfindən qəbul edilib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevi qəbul edib - Sputnik Azərbaycan, 1920, 15.08.2022
SİYASƏT
İlham Əliyev Qırğızıstanın yüksək vəzifəli şəxsi ilə nəyi müzakirə edib?
Xəbər lenti
0