https://sputnik.az/20220816/olkede-elektrik-enerjisi-istehsali-26-artib-445059919.html
Ölkədə elektrik enerjisi istehsalı 2,6% artıb
Ölkədə elektrik enerjisi istehsalı 2,6% artıb
Sputnik Azərbaycan
Cari ilin 7 ayında elektrik enerjisinin ixracı 1037,7 mln. kVt·st, idxalı isə 83,5 mln. kVt·st olub 16.08.2022, Sputnik Azərbaycan
2022-08-16T15:13+0400
2022-08-16T15:13+0400
2022-08-16T15:13+0400
azərbaycan
iqtisadiyyat
elektrik enerjisi
https://cdnn1.img.sputnik.az/img/07e6/01/19/438475157_0:180:1920:1260_1920x0_80_0_0_4c031defd47da70d16f0a61fe0efd2c5.jpg
BAKI, 16 avqust — Sputnik. Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyul aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 420,0 mln.kVt·st, yəni 2,6% artaraq 16 278,1 mln. kVt·st olub.Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 125,1 mln. kVt·st artaraq 14 893,0 mln. kVt·st, SES-lərdə 286,5 mln. kVt·st artaraq 1163,9 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 mln. kVt·st artaraq 221,2 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 54,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 37,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 129,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.7 ayda elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 14 653,6 mln. kVt·st (İES-lərdə 13 578,0 mln. kVt·st, SES-lərdə 1075,6 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 268,8 mln. kVt·st (İES-lərdə 156,5 mln. kVt·st, SES-lərdə 77,8 mln. kVt·st, GES-də 34,5 mln. kVt·st), "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 39,06 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1316,64 mln. kVt·st təşkil edib.2022-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1037,7 mln. kVt·st, idxalı isə 83,5 mln. kVt·st olub.2022-ci ilin iyul ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2751,3 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 110,7 mln.kVt·st, yaxud 4,2% artması deməkdir.İyul ayında elektrik enerjisinin idxalı 12,4 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 mln. kVt·st, ixrac isə 374,2 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 221,5 mln. kVt·st artıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/19/438475157_0:0:1920:1440_1920x0_80_0_0_6c3b42ebd813da0dffa9d1dda416ba86.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, elektrik enerjisi
azərbaycan, elektrik enerjisi
Ölkədə elektrik enerjisi istehsalı 2,6% artıb
Cari ilin 7 ayında elektrik enerjisinin ixracı 1037,7 mln. kVt·st, idxalı isə 83,5 mln. kVt·st olub
BAKI, 16 avqust — Sputnik. Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyul aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 420,0 mln.kVt·st, yəni 2,6% artaraq 16 278,1 mln. kVt·st olub.
Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 125,1 mln. kVt·st artaraq 14 893,0 mln. kVt·st, SES-lərdə 286,5 mln. kVt·st artaraq 1163,9 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 mln. kVt·st artaraq 221,2 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 54,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 37,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 129,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
7 ayda elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 14 653,6 mln. kVt·st (İES-lərdə 13 578,0 mln. kVt·st, SES-lərdə 1075,6 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 268,8 mln. kVt·st (İES-lərdə 156,5 mln. kVt·st, SES-lərdə 77,8 mln. kVt·st, GES-də 34,5 mln. kVt·st), "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 39,06 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1316,64 mln. kVt·st təşkil edib.
2022-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1037,7 mln. kVt·st, idxalı isə 83,5 mln. kVt·st olub.
2022-ci ilin iyul ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2751,3 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 110,7 mln.kVt·st, yaxud 4,2% artması deməkdir.
İyul ayında elektrik enerjisinin idxalı 12,4 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 mln. kVt·st, ixrac isə 374,2 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 221,5 mln. kVt·st artıb.