NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ucuzlaşır - SƏBƏBLƏR

© AP Photo / Eric GayНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.08.2022
Abunə olmaq
Azərbaycan neftinin qiyməti 3,58 ABŞ dolları və ya 3,64% azalaraq 94,61 dollar təşkil edib
BAKI, 16 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,82 dollar azalaraq 94,28 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,55 dollar ucuzlaşaraq 88,86 dollar olub.
Azərbaycan neftinin qiyməti 3,58 ABŞ dolları və ya 3,64% azalaraq 94,61 dollar təşkil edib.
Qeyd edək ki, Çində iqtisadi göstəricilərin aşağı düşməsi ilə həftənin ilk ticarət günündə kəskin eniş yaşayan neft ucuzlaşmağa davam edir.
Dərinləşən qlobal iqtisadi tənəzzülün OPEC-in daha çox neft təklifi ilə üst-üstə düşməsi səbəbindən neft ucuzlaşır.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Xəbər lenti
0