Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunun hərbi qulluqçuları sınaq atışları icra ediblər

Snayper  - Sputnik Azərbaycan, 1920, 16.08.2022
Abunə olmaq
Müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə onlara təhkim edilən silahları sıfırlayaraq döyüş vəziyyətinə gətirib.
BAKI, 16 avqust — Sputnik. İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində komandaların yarışların birinci mərhələsinə hazırlıq prosesi davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə onlara təhkim edilən silahları sıfırlayaraq döyüş vəziyyətinə gətirib, sınaq atışları icra ediblər.
Hərbi qulluqçularımız tərəfindən sınaq atışları uğurla yerinə yetirilib.
"Snayper həddi" müsabiqəsi avqustun 27-dək davam edəcək.
"Sputnik" Beynəlxalq İnformasiya Agentliyi "Beynəlxalq Ordu Oyunları-2022" yarışlarının rəsmi informasiya tərəfdaşıdır.
“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər
 - Sputnik Azərbaycan, 1920, 14.08.2022
HƏRBİ
“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər
Xəbər lenti
0