Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ Ukraynadakı münaqişəni uzatmağa cəhd edir - Putin

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidPutin
Putin - Sputnik Azərbaycan, 1920, 16.08.2022
Abunə olmaq
Ağ Ev əsassız olaraq yaranmış kəskin problemlərə görə bütün məsuliyyəti Rusiya və Çinin üzərinə qoymağa çalışır
BAKI, 16 avqust — Sputnik. ABŞ Ukraynadakı münaqişəni uzatmağa çalışır. Bunu mövcud vəziyyət də sübut edir. Rusiya prezidenti Vladimir Putin bu barədə 16 avqust 2022-ci il çərşənbə axşamı beynəlxalq təhlükəsizlik üzrə X Moskva konfransının iştirakçıları və qonaqlarına müraciətində bildirib.
"Ukraynadakı vəziyyət onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar bu münaqişəni uzatmağa çalışır". – Rusiya prezidenti fikrini izah edib. – "Onlar eyni şəkildə hərəkət edərək Asiya, Afrika və Latın Amerikasında münaqişə potensialını gücləndirirlər".
Dövlət başçısı əmindir ki, ABŞ bu yolla ştatın əhalisini rekord inflyasiya və benzinin qiymətinin rekord həddə qalxması kimi özünün daxili problemlərindən yayındırmağa çalışır.
Vladimir Putin iddia edir ki, Ağ Ev əsassız olaraq yaranmış kəskin problemlərə görə bütün məsuliyyəti Rusiya və Çinin üzərinə qoymağa çalışır.
Daha əvvəlllər yazıldığı kimi, ABŞ ağır maliyyə böhranına girib. Bunu Nyu York meri Erik Adams bəyan edib.
Putin - Sputnik Azərbaycan, 1920, 16.08.2022
RUSİYA
Qərb məqsədli şəkildə Avropanın təhlükəsizlik sistemini məhv edir - Putin
Xəbər lenti
0