https://sputnik.az/20220816/qerb-meqsedli-sekilde-avropanin-tehlukesizlik-sistemini-mehv-edir---putin-445060579.html
Qərb məqsədli şəkildə Avropanın təhlükəsizlik sistemini məhv edir - Putin
Qərb məqsədli şəkildə Avropanın təhlükəsizlik sistemini məhv edir - Putin
Sputnik Azərbaycan
Rusiyanın dövlət başçısı Şimali Atlantika Alyansının şərq istiqamətində irəliləməsinə diqqət çəkib 16.08.2022, Sputnik Azərbaycan
2022-08-16T12:30+0400
2022-08-16T12:30+0400
2022-08-16T12:50+0400
rusiya
rusiya prezidenti vladimir putin
nato
avropa
təhlükəsizlik
sistem
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445057381_0:0:2784:1566_1920x0_80_0_0_8c8005265360e47af17f65f7477258a0.jpg
BAKI, 16 avqust — Sputnik. "Kollektiv Qərb" məqsədyönlü şəkildə Avropanın təhlükəsizlik sistemini məhv edir. Rusiya Prezidenti Vladimir Putin bu barədə 16 avqust 2022-ci il, çərşənbə axşamı beynəlxalq təhlükəsizlik üzrə X Moskva konfransının iştirakçıları və qonaqlarına müraciətində bildirib.Dövlət başçısının sözlərinə görə, "NATO "təhlükəsizliyi gücləndirmək" adı altında şərqə doğru irəliləyir. Amma əslində bu, yalnız sabitliyin əsaslarını sarsıdır", - deyə Putin sözünə davam edib."Sözlə desək, bu, ikiüzlü şəkildə Avropada təhlükəsizliyin gücləndirilməsi zərurəti kimi elan edilir, amma reallıqda bunun əksi baş verir", - deyən Putin, Qərbin Rusiyanın dekabr ayında qarşılıqlı kollektiv təhlükəsizliklə bağlı təkliflərinə bir daha məhəl qoymadığını vurğulayıb.Vladimir Putin deyib ki, "Rusiyanı ləğv etmək" cəhdləri uğur qazana bilməz."Mədəniyyətimizi ləğv etmək, Rusiyanı ləğv etmək üçün edilən bütün cəhdlər əbəsdir. Bu, sadəcə, axmaqlıqdır. Əksini düşünənlər isə təəssüf ki, tarix dərslərini öyrənməyiblər", - deyə Rusiya lideri əminliklə bildirib.
https://sputnik.az/20220815/putin-bizim-qondarma-hegemon-qarsisinda-eyilmeyen-coxlu-muttefiqlerimiz-var-445029308.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445057381_64:0:2600:1902_1920x0_80_0_0_1ce68ce9a1667f0a8fe778478bfaca21.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya prezidenti vladimir putin, nato, avropa, təhlükəsizlik, sistem
rusiya prezidenti vladimir putin, nato, avropa, təhlükəsizlik, sistem
Qərb məqsədli şəkildə Avropanın təhlükəsizlik sistemini məhv edir - Putin
12:30 16.08.2022 (Yenilənib: 12:50 16.08.2022) Rusiyanın dövlət başçısı Şimali Atlantika Alyansının şərq istiqamətində irəliləməsinə diqqət çəkib
BAKI, 16 avqust — Sputnik. "Kollektiv Qərb" məqsədyönlü şəkildə Avropanın təhlükəsizlik sistemini məhv edir. Rusiya Prezidenti Vladimir Putin bu barədə 16 avqust 2022-ci il, çərşənbə axşamı beynəlxalq təhlükəsizlik üzrə X Moskva konfransının iştirakçıları və qonaqlarına müraciətində bildirib.
Dövlət başçısının sözlərinə görə, "NATO "təhlükəsizliyi gücləndirmək" adı altında şərqə doğru irəliləyir. Amma əslində bu, yalnız sabitliyin əsaslarını sarsıdır", - deyə Putin sözünə davam edib.
"Sözlə desək, bu, ikiüzlü şəkildə Avropada təhlükəsizliyin gücləndirilməsi zərurəti kimi elan edilir, amma reallıqda bunun əksi baş verir", - deyən Putin, Qərbin Rusiyanın dekabr ayında qarşılıqlı kollektiv təhlükəsizliklə bağlı təkliflərinə bir daha məhəl qoymadığını vurğulayıb.
Vladimir Putin deyib ki, "Rusiyanı ləğv etmək" cəhdləri uğur qazana bilməz.
"Mədəniyyətimizi ləğv etmək, Rusiyanı ləğv etmək üçün edilən bütün cəhdlər əbəsdir. Bu, sadəcə, axmaqlıqdır. Əksini düşünənlər isə təəssüf ki, tarix dərslərini öyrənməyiblər", - deyə Rusiya lideri əminliklə bildirib.