https://sputnik.az/20220816/-22-il-evvel-toredilmis-muemmali-qetlin-ustu-acildi-445057757.html
22 il əvvəl törədilmiş müəmmalı qətlin üstü açıldı
22 il əvvəl törədilmiş müəmmalı qətlin üstü açıldı
Sputnik Azərbaycan
Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ev sahibini öldürməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb. 16.08.2022, Sputnik Azərbaycan
2022-08-16T11:44+0400
2022-08-16T11:44+0400
2022-08-16T11:49+0400
cəmiyyət
qətl
saxlanılma
gəncə
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:320:3073:2048_1920x0_80_0_0_2b556161f0c0c529e9da8fb3ce9362b4.jpg
BAKI, 16 avqust — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmış cinayətin üstü peşəkarlıqla açılıb.DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci ilin fevralında Gəncə şəhər sakini Solmaz Yolçuyevaya məxsus evə quldurluq məqsədilə daxil olaraq xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ev sahibini öldürməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb.Onun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlub olub ki, saxlanılan şəxs cinayəti vəfat etmiş Xəyal Səfərov və Arzu Hacıyevlə birlikdə törədib.Dindirilmə zamanı E.Məmmədov qətlə yetirilən şəxsin evində 30 000 ABŞ dolları olması barədə məlumat əldə ediklərini, cinayəti törətdikdən sonra isə evdən cəmi 220 ABŞ dolları və bir qızıl üzük apardıqlarını etiraf edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:0:2731:2048_1920x0_80_0_0_f71bbaba23a4e4f51477fbf0e36738d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qətl, saxlanılma, gəncə
22 il əvvəl törədilmiş müəmmalı qətlin üstü açıldı
11:44 16.08.2022 (Yenilənib: 11:49 16.08.2022) Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ev sahibini öldürməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb.
BAKI, 16 avqust — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmış cinayətin üstü peşəkarlıqla açılıb.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci ilin fevralında Gəncə şəhər sakini Solmaz Yolçuyevaya məxsus evə quldurluq məqsədilə daxil olaraq xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ev sahibini öldürməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb.
Onun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlub olub ki, saxlanılan şəxs cinayəti vəfat etmiş Xəyal Səfərov və Arzu Hacıyevlə birlikdə törədib.
Dindirilmə zamanı E.Məmmədov qətlə yetirilən şəxsin evində 30 000 ABŞ dolları olması barədə məlumat əldə ediklərini, cinayəti törətdikdən sonra isə evdən cəmi 220 ABŞ dolları və bir qızıl üzük apardıqlarını etiraf edib.