Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Prokurorluq sağ şəxsin ölmüş elan edilməsi ilə bağlı araşdırmalara başlayıb

© Depositphotos.com / _ella_Скрепленные канцелярским зажимом документы
Скрепленные канцелярским зажимом документы - Sputnik Azərbaycan, 1920, 15.08.2022
Abunə olmaq
Qəbul edilmiş məhkəmə qətnaməsi üçün əsas olmuş arxiv və digər zəruri sənədlərin həqiqiliyini və qanuniliyini müəyyən etmək məqsədilə hazırda Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKI, 15 avqust — Sputnik. Quba Rayon Prokurorluğu sağ şəxsin ölmüş elan edilməsi ilə bağlı araşdırmalara başlayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, bəzi media və sosial şəbəkə səhifələrində Rusiyada yaşayan Zeynalov Abil Hacıbaba oğlunun sağ olmasına baxmayaraq, ölüm haqqında şəhadətnamə verilməsinə görə Azərbaycana gələ bilməməsi ilə bağlı məlumatlar yayılıb.
Məlum olub ki, vətəndaş müraciəti əsasında Quba rayonu, Rustov kənd sakini, 1955-ci il təvəllüdlü Abil Zeynalovun itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi haqqında Quba Rayon Məhkəməsi tərəfindən 09 sentyabr 2011-ci il tarixdə qətnamə qəbul edilib və bunun əsasında rayon qeydiyyat şöbəsi tərəfindən A.H.Zeynalovun ölümü haqqında akt tərtib edilib.
Qəbul edilmiş məhkəmə qətnaməsi üçün əsas olmuş arxiv və digər zəruri sənədlərin həqiqiliyini və qanuniliyini müəyyən etmək məqsədilə hazırda Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Xəbər lenti
0