https://sputnik.az/20220815/britaniyali-nazir-azerbaycanin-londondaki-sefirliyine-hucumu-pisleyib-445043148.html
Britaniyalı nazir Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib
Britaniyalı nazir Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib
Sputnik Azərbaycan
Qrehem Stüart deyib ki, Böyük Britaniya hökumətinin İngiltərədəki bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyi vacibdir. 15.08.2022, Sputnik Azərbaycan
2022-08-15T22:25+0400
2022-08-15T22:25+0400
2022-08-15T22:26+0400
siyasət
britaniya
böyük britaniya
elin süleymanov
london
https://cdnn1.img.sputnik.az/img/07e6/08/04/444709518_0:0:1080:608_1920x0_80_0_0_3ac7f8984ec107def55b4d183f203f60.jpg
BAKI, 15 avqust - Sputnik. Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Qrehem Stüart avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplaşmanın hücumu ilə bağlı səfir Elin Süleymanovla görüşüb. “Azərbaycanın Londondakı səfirliyindəki ciddi təhlükəli hadisədən sonra bu gün həmin ölkənin Britaniyadakı səfirliyində Azərbaycan səfiri Elin Süleymanovla danışdım. Böyük Britaniya hökumətinin İngiltərədəki bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinin vacibliyini vurğuladım və hadisənin baş verməsinə görə dərin təəssüfümü bildirdim”, - Stüart deyib.Azərbaycanın Londondakı səfirliyində baş verən hadisəni müzakirə etmək üçün ölkəmizin Britaniyadakı səfiri Elin Süleymanovla görüşən nazir baş verənləri pisləyib.“Böyük Britaniyanın ifadə azadlığı hüququnu dəstəkləmək üçün uzun müddət davam edən ənənəsi mövcuddur. Lakin bu, dinc və hüquqi nümayiş vasitəsilə həyata keçirilməlidir”, - nazir əlavə edib.Londondakı Azərbaycan səfirliyinə hücumXatırladaq ki, avqustun 4-də bir çox yerli və xarici media resurslarında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsini əks etdirən videogörüntülər yayılıb.Baş Prokurorluğun yaydığı məlumata görə, qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək məqsədi ilə “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyasının tələblərinə zidd olaraq qeyd edilən tarixdə yerli vaxtla saat 16-17 radələrində London şəhəri, 4 Kensinqton Court W8 5DL ünvanında yerləşən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına hücum etməklə əmlakı qəsdən zədələmələrinə, binanın eyvanına qalxaraq dövlət rəmzi olan Azərbaycan bayrağını yerə atmaqla təhqiredici hərəkətlər etmələrinə, daha sonra özləri ilə gətirdikləri bayraq və plakatları eyvandan asıb, boyalar vasitəsi ilə inzibati binanın divarlarına müxtəlif məzmunlu dini şüarlar yazmalarına əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.
https://sputnik.az/20220806/london-sefirliyine-hucumla-bagli-dunyanin-her-yerinden-azerbaycana-destek-mesajlari-gelir-444755430.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/04/444709518_0:0:1080:810_1920x0_80_0_0_7d19300a999f8ef71f0b752496a3656d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
britaniya, böyük britaniya, elin süleymanov, london
britaniya, böyük britaniya, elin süleymanov, london
Britaniyalı nazir Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib
22:25 15.08.2022 (Yenilənib: 22:26 15.08.2022) Qrehem Stüart deyib ki, Böyük Britaniya hökumətinin İngiltərədəki bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyi vacibdir.
BAKI, 15 avqust - Sputnik. Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Qrehem Stüart avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplaşmanın hücumu ilə bağlı səfir Elin Süleymanovla görüşüb.
“Azərbaycanın Londondakı səfirliyindəki ciddi təhlükəli hadisədən sonra bu gün həmin ölkənin Britaniyadakı səfirliyində Azərbaycan səfiri Elin Süleymanovla danışdım. Böyük Britaniya hökumətinin İngiltərədəki bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinin vacibliyini vurğuladım və hadisənin baş verməsinə görə dərin təəssüfümü bildirdim”, - Stüart deyib.
Azərbaycanın Londondakı səfirliyində baş verən hadisəni müzakirə etmək üçün ölkəmizin Britaniyadakı səfiri Elin Süleymanovla görüşən nazir baş verənləri pisləyib.
“Böyük Britaniyanın ifadə azadlığı hüququnu dəstəkləmək üçün uzun müddət davam edən ənənəsi mövcuddur. Lakin bu, dinc və hüquqi nümayiş vasitəsilə həyata keçirilməlidir”, - nazir əlavə edib.
Londondakı Azərbaycan səfirliyinə hücum
Xatırladaq ki, avqustun 4-də bir çox yerli və xarici media resurslarında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsini əks etdirən videogörüntülər yayılıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək məqsədi ilə “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyasının tələblərinə zidd olaraq qeyd edilən tarixdə yerli vaxtla saat 16-17 radələrində London şəhəri, 4 Kensinqton Court W8 5DL ünvanında yerləşən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına hücum etməklə əmlakı qəsdən zədələmələrinə, binanın eyvanına qalxaraq dövlət rəmzi olan Azərbaycan bayrağını yerə atmaqla təhqiredici hərəkətlər etmələrinə, daha sonra özləri ilə gətirdikləri bayraq və plakatları eyvandan asıb, boyalar vasitəsi ilə inzibati binanın divarlarına müxtəlif məzmunlu dini şüarlar yazmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.
Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.