CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda doğulan beşəmlərdən üçünün vəziyyəti kritikdir

© pixabay / christianabellakörpə
körpə - Sputnik Azərbaycan, 1920, 15.08.2022
Abunə olmaq
Yeni doğulan beşəmlərdən biri CPAP, ikisi süni ventilyasiya aparatındadır. İkisinin vəziyyəti isə ağır olaraq qalır. Onlar binazal zond vasitəsilə nəmləndirilmiş oksigen alır.
BAKI, 15 avqust — Sputnik. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda yeni doğulan beşəmlərin müalicəsinə davam edilir.
TƏBİB-dən bildirilib ki, beşəmlərdən üçünün vəziyyəti kritik ağırdır. Bildirilib ki, körpələrdən biri CPAP, ikisi süni ventilyasiya aparatındadır. İkisinin vəziyyəti isə ağır olaraq qalır. Onlar binazal zond vasitəsilə nəmləndirilmiş oksigen alır.
Qeyd edək ki, 11.08.2022-ci il tarixində Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlmiş, onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülmüşdülər.
Xatırladaq ki, körpələr - 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar. İnstitutda onlara bütün zəruri kliniki, laborator müayinələr aparılıb və buna uyğun olaraq müalicələrinə davam edilir.
Xəbər lenti
0