Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanlı deputatdan futbol klubuna böyük jest - VİDEO

© Sputnik / Murad OrujovArzu Nağıyev
Arzu Nağıyev - Sputnik Azərbaycan, 1920, 15.08.2022
Abunə olmaq
İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq.
BAKI, 15 avqust — Sputnik. 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən seçilmiş millət vəkili Arzu Nağıyev "Turan Tovuz" klubuna avtobus alınması üçün ianə kampaniyasına qoşulub.
Deputat "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasovun çağırışına qoşularaq 135 manat dəyərində ianə edib.
Tovuzdan olan Arzu Nağıyev kampaniyaya qoşulmaq üçün estafeti "Turan"ın sabiq təsisçisi və prezidenti Vidadi Əhmədov və həmin klubun sabiq vitse-prezidenti Yaşar Sultanova ötürdüyünü bildirib.
Qeyd edək ki, layihə klub üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır. Veb platformada real futbol meydançası ölçülərinə uyğun 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 (15 manat), 4 (60 manat), 9 (135 manat) və 16 (240 manat) pikseldən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.
Azarkeşlər 30 illik yubileyini qeyd edən Azərbaycanın ilk rəsmi Peşəkar Futbol Klubu olan "Turan Tovuz"a dəstək məqsədilə ianə edərkən aldıqları piksellərə öz şəkillərini yerləşdirə bilərlər. İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq. Hazırda həmin avtobusun alınması üçün 6947 piksel qalıb.
Xəbər lenti
0