CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanla bağlı xatirələrin əbədiləşdiyi pullar - Necə, haradan və neçəyə almaq olar?

© Sputnik / Murad OrujovQəpik
Qəpik - Sputnik Azərbaycan, 1920, 15.08.2022
Abunə olmaq
Mərkəzi Bankın verdiyi məlumata görə Azərbaycanın xatirə və yubiley pul nişanlarının qiyməti 22 manatla 4770.00 manat arasında dəyişir.
BAKI, 15 avqust — Sputnik. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkəmizin görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə həsr edilmiş, eləcə də ictimai-siyasi, tarixi proseslərini əks etdirən mövzulara aid müxtəlif qiymətli və digər metallardan hazırlanmış yubiley, həmçinin xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılır.
Mərkəzi Bank tərəfindən tədavülə buraxılan bu yubiley və xatirə pul nişanları Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
Yubiley və xatirə pul nişanlarının qiyməti nə qədərdir?
Yubiley və xatirə pul nişanlarının satış qiyməti onların Azərbaycan Mərkəzi Bankdan satın alındığı günə qiymətli metalların dünya bazarındakı qiymətindən asılı olaraq dəyişə bilər.
Yubiley və xatirə pul nişanlarının qiyməti 22 manatla 4770.00 manat arasında dəyişir. Belə ki, 28.28 qram olan kupronikel "Bakı - 2015 Avropa oyunlarına həsr olunmuş pul nişanının (güləş,oxatma, suya tullanma, gimnastika, kanoe) qiyməti 22 manatdır. 12 ədədlik "ZƏFƏR" dəstinin qiyməti isə 4770.00 manatdır. Bəzi yubiley və xatirə pul nişanlarının cari qiymətinə nəzərə salaq:
"ZƏFƏR" mövzusuna həsr olunmuş qızıl pul nişanı – qızıldır, 1 unsiyadır, qiyməti 3389.69 manatdır
İki ədədlik "ZƏFƏR" dəsti – qızıl-gümüşdür, 2 unsiyadır, onun iyulun əvvəlinə olan qiyməti 3590.00 manat idisə, hazırda On iki ədədlik "ZƏFƏR" dəsti – qızıl-gümüşdür, 12 unsiyadır, qiyməti 4770.00 manatdır
Ümumilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş pul nişanı – qızıldır, 1 unsiyadır, qiyməti 3389.69 manatdır.
Yubiley tarixləri ilə əlaqədar müxtəlif adlarda pul nişanları da satışa çıxarılıb:
Azərbaycan Mərkəzi Bankı tərəfindən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan pul nişanı", "Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş pul nişanı", "Əsrin müqaviləsinin imzalanmasının 20 illiyinə həsr olunmuş pul nişanı", "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş pul nişanı", "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş pul nişanı", "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş pul nişanı", "Bülbülün xatirəsinə həsr olunmuş qızıl xatirə pul nişanı" satışa çıxarılıb.
Bundan başqa, AMB tərəfindən müxtəlif illərdə "Azərbaycanda Mərkəzi Bankçılığın yaradılmasının 100 illiyinə həsr olunmuş pul nişanı", "Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyinə həsr olunmuş pul nişanı", "Azərbaycan Dövlət Neft Fondunun yaranmasının 20-ci ildönümünə həsr olunmuş pul nişanı", "Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illiyinə həsr olunmuş pul nişanı", "Milli Mətbuatın 135 illiyinə həsr olunmuş pul nişanı", "Mərkəzi Bankın yaradılmasının 20 illiyinə həsr olunmuş pul nişanı", "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə həsr olunmuş pul nişanı", "Əsrin müqaviləsinin imzalanmasının 20 illiyinə həsr olunmuş pul nişanı", "Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1"-in orbitə çıxması münasibətilə buraxılmış pul nişanı", "TANAP sazişinin imzalanmasına həsr olunmuş pul nişanı", "Bakı - 2015 Avropa oyunlarına həsr olunmuş pul nişanı (güləş, oxatma, suya tullanma, gimnastika, kanoe)" satışa çıxarılıb.
Zəfər tariximizi özündə əks etdirən pul nişanları da satışdadır
AMB tərəfindən 44 günlük vətən müharibəsindən sonra qələbə tariximizi özündə əks etdirən müxtəlif adda pul nişanları satışa çıxarılıb:
Bu dövrdə "ZƏFƏR" mövzusuna həsr olunmuş gümüş pul nişanı", "ŞUŞA şəhərinə həsr olunmuş pul nişanı", "CƏBRAYIL rayonuna həsr olunmuş pul nişanı", "QUBADLI rayonuna həsr olunmuş pul nişanı", "AĞDAM rayonuna həsr olunmuş pul nişanı", "ZƏNGİLAN rayonuna həsr olunmuş pul nişanı", "FÜZULİ rayonuna həsr olunmuş pul nişanı", "LAÇIN rayonuna həsr olunmuş pul nişanı", "KƏLBƏCƏR rayonuna həsr olunmuş pul nişanı", "XOCAVƏND rayonuna həsr olunmuş pul nişanı", "SUQOVUŞAN qəsəbəsinə həsr olunmuş pul nişanı" satışa çıxarılıb.
Maraqlıdır, bu pul nişanlarından ən çox hansılara tələbat var?
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, indiyədək Mərkəzi Bankda qəbul olunan siyasət çərçivəsində ümumilikdə 67 növdə olmaqla 53 min ədəd yubiley və xatirə pul nişanı tədavülə buraxılıb:
"Mərkəzi Bank tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə və ulu öndərin anadan olmasının 80, 85, 90 və 95 illik yubileylərinə həsr olunmuş silsilə yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılmışdır. Bu pul nişanları ölkə ictimaiyyəti, yerli və beynəlxalq numizmatlar tərəfindən yüksək maraqla qarşılanıb və böyük əksəriyyəti satılıb".
AMB-dən bildirilib ki, bununla yanaşı, Azərbaycanın dahi şairi, mütəfəkkir Nizami Gəncəvinin, opera müğənnisi Bülbülün, bəstəkar Üzeyir Hacıbəyovun xatirəsinə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə, Milli mətbuatın 135 illik, Mərkəzi Bankının 20 illik yubileyinə, Naxçıvan MR 90 illiyinə, eləcə də müasi tariximizin ən böyük nailiyyətlərindən olan Əsrin Müqaviləsi, Tanap, Azerspace-1, Bakı-Tbilisi-Qars layihələrinə, I Avropa oyunlarına və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ilinə və s. həsr olunan yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılan və ictimaiyyət, eləcə də numizmatlar tərəfindən böyük maraqla qarşılanıb:
"Mərkəzi Bank tərəfindən tədavülə buraxılan son xatirə pul nişanları Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun apardığı 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfər tarixini əbədiləşdirmək üçün 500 manat nominallı "ZƏFƏR" xatirə banknotu, qızıl və gümüşdən hazırlanmış "Zəfər" xatirə monetası, eləcə də düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə "Şuşa" şəhərinə, "Cəbrayıl", "Qubadlı", "Ağdam", "Zəngilan", "Füzuli", "Laçın", "Kəlbəcər", "Xocavənd" rayonlarına və "Suqovuşan" qəsəbəsinə həsr olunan gümüş xatirə monetaları olub.
Bu pul nişanları da yerli və xarici numizmatlar, eləcə də ölkə ictimaiyyəti tərəfindən yüksək maraqla qarşılanıb və onlara tələb yüksək olaraq qalır".
Bu pul nişanları harada istehsal edilir?
Mərkəzi Bankın tədavülə buraxdığı bu pul nişanları əsasən dünyada bu sahədə ən qabaqcıl istehsalçılardan biri olan Böyük Britaniyanın "The Royal Mint" Kral sikkəxanasında istehsal edilib.
Qeyd edək ki, yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında "Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi"nə daxil olaraq https://coin.e-cbar.az/home real vaxt rejimində satın ala və ya "Elektron müraciətlər Sistemi"nə daxil olaraq ( link: h ttps://contact.e-cbar.az/ ) sifariş edə bilərlər.
Qeyd edək ki, tədavülə buraxılan yubiley və xatirə pul nişanları barədə məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsinin Milli pul nişanları bölməsində yerləşdirilir.
Xəbər lenti
0