CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad edilən ərazilərdə minatəmizləmə işləri necə gedir?

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA
ANAMA - Sputnik Azərbaycan, 1920, 15.08.2022
Abunə olmaq
Beş gün ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 134, tank əleyhinə 193 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
BAKI, 15 avqust — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, avqustun 8-dən 13-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 134, tank əleyhinə 193 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 685 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xatırladaq ki, avqustun 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 204, tank əleyhinə 32 mina və 29 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Xəbər lenti
0