Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Artilleriya atəşinin ustaları" müsabiqəsi başlayıb

© AR Ministry of Defence“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb
“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - Sputnik Azərbaycan, 1920, 15.08.2022
Abunə olmaq
Komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edərək, minalanmış ərazini keçib, pulemyotlardan, minaatanlardan, qumbaraatanlardan və atıcı silahlardan atəş tapşırıqlarını yerinə yetiriblər.
BAKI, 15 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstan Respublikasının Otar hərbi bazasında keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin ilkin mərhələsi başlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edərək, minalanmış ərazini keçib, pulemyotlardan, minaatanlardan, qumbaraatanlardan və atıcı silahlardan atəş tapşırıqlarını yerinə yetiriblər.
Peşəkarlıq nümayiş etdirən artilleriyaçılarımız birinci mərhələdə bütün hədəfləri sərrast atəşlə məhv ediblər.
Xəbər lenti
0