https://sputnik.az/20220814/seriallarda-saqqalli-kisileri-gorub-esebilesirem---hem-zabit-hem-aktyor-olan-xalq-artisti-444970268.html
Seriallarda saqqallı kişiləri görüb əsəbiləşirəm - Həm zabit, həm aktyor olan xalq artisti
Seriallarda saqqallı kişiləri görüb əsəbiləşirəm - Həm zabit, həm aktyor olan xalq artisti
Sputnik Azərbaycan
"Uşaqlığın son gecəsi", "Qanlı zəmi", "Yedddi oğul istərəm", "Dərviş Parisi partladır", "Dəli Kür", "Dədə Qorqud kimi 70-dən artıq filmdə rol alan Xalq artisti... 14.08.2022, Sputnik Azərbaycan
2022-08-14T10:23+0400
2022-08-14T10:23+0400
2022-08-14T10:23+0400
aktyor
cəmiyyət
mədəniyyət
kino
aktyor
rejissor
xalq artisti
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0d/444970126_0:0:1000:563_1920x0_80_0_0_5ad6f06a25f1bcfef19e70baee883b16.jpg
BAKI, 14 avqust — Sputnik. O, Azərbaycan kinosunun intibah dövrünün ən tanınmış aktyorlarından biri olub. Hələ gənc ikən məşhur rejissorların diqqətini cəlb edib. Yetmişdən artıq filmdə irili-xırdalı obrazlar yaradıb. Söhbət xalq artisti Ənvər Həsənovdan gedir. Hazırda səhhətində problemlər olan xalq artisti kinomuzun bugünkü vəziyyətindən təəssüf hissi ilə söz açdı. Kino aktyoru kino günündə unudulduğuna görə məyus olduğunu dilə gətirdi:"Avqusutun 2-ndə Milli kino günü qeyd olundu. Yetmişdən artıq filmə çəkilən aktyoram, amma unuduldum. Mədəniyyət naziriliyi təkcə məni yox, digər həmyaşıd sənət yoldaşlarımı da unutdu. Yaxşı ki, tək-tük sağ qalan sənət yoldaşlarım var, onlarla hərdən dərdləşirik".Müasir Azərbaycan kinosuna gəldikdə isə aktyor bildirir ki, kinomuzun hazırkı vəziyyəti onu qane etmir:Uzun illərdir sevdiyi sənətdən ayrı düşən xalq artisti bu gün də film təklifləri alır. Amma sənətkar o təklifləri rədd edir:"Bu il iki filmə dəvət etdilər. Dedim ssenarini təqdim təqdim edin, baxım. Dedilər gəlin, çəkilişdə həll edərik. Dedim belə film çəkmək olar? Dedim gələrəm, bircə şərtim var, mən çəkilən filmdə bir nəfə də olsa saqqallı olmayacaq, razılaşdılar. Amma o gedən getdilər, səs-soraq çıxmadı".Kinomuzun həm çiçəklənən, həm də tənəzzül dövrünə şahidlik edən Ənvər Həsənov sənətə gəldiyi ilk illəri belə xatırlayır:"1965-ci ildə xalq artisti Adil İsgəndərov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostuduyasının direktoru idi. Onun təşəbbüsü və rəhbərliyi altında respublikamızda kino aktyorlarına tələbatın artması məqsədilə Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdində "Kinoaktyor" studiyası yaradılmışdı. Hər kəs can atırdı ora qəbul olmağa. Səkkiz yüzdən artıq insan müraciət etmişdi. Onların içində cəmi 52 nəfər qəbul olundu. Mən 8-ci sinifdə oxuyurdum, mən də qəbul olunanlar sırasında idim. 1966-cı ildə Adil müəllim mənə dedi ki, "Ənvər, gəl səni kinostudiyaya işə götürüm, Arif Babayevin yanında rejissor köməkçisi işlə". Arif Babayev o vaxt "İnsan məskən salır" filminə başlamışdı. Hələ o vaxtlar kinostudiya tikilib qurtarmamışdı".Həsənovun müəllimlərindən biri də rejissor Əlisəttar Atakişiyev olub. Gənc və yaraşıqlı aktyor Əlisəttar Atakişiyevin də diqqətindən yayınmayıb:"Əlisəttar Atakişiyev mən və bir neçə kurs yoldaşımı "İstintaq davam edir" filminə epizodik rola dəvət etdi. Daha sonra Şamil Mahmudbəyov məni "Torpaq. Dəniz. Od. Səma" filminə dəvət elədi. Orada gənc əsgər rolunu mənə verdi. Həmin müddətlərdə də Arif Babayev məni izləyirmiş. Hərdən mənə deyirdi ki, "səni filmə çəkəcəm", inanmırdım. Bir gün Arif müəllim məni yanına çağırdı, dedi ki, "yadındadırsa mən sənə demişdim səni filmə çəkəcəm. Ssenarini oxu, hazırlaş, 10-15 günə məşqlərə başlayacağıq".Beləliklə, 1968-ci ildə Ənvər Həsənovun ilk debüt filmi ekranlaşdırılır. "Murad" onun yaradıcılığının kuliminasiya nöqtəsi olur:"Bildiyiniz kimi, əvvəlcə bədii ssenari yazılır, sonra rejissor ssenarisi yazılır. Rejissor ssenarisi yazılanda Arif müəllimin məni nə üçün izlədiyi aydın oldu. Beləliklə mən "Uşaqlığın son gecəsi" filmində baş rolu ifa etdim. Murad obrazı tam mənim üstümə biçilmişdi. Səksən faiz mənim xarakterim idi. O film mənim üçün böyük bir uğur idi. Ümumiyyətlə, o film azərbaycan kinosunda çox uğurlu filmlərdən oldu. Eyni anda 4 beynəlxalq mükafatı qazandı. Ondan sonra ard-arda film təklifləri gəldi. Əksəriyyəti də baş rollar oldu. O vaxtkı rejissorlar bir aktyoru filmə dəvət edəndə onun xarakterinə uyğun rol verirdilər. Rol və aktyorun xarakteri vəhdət təşkil edəndə film daha uğurlu olur. Düzdür, Murad ("Uşaqlığın son gecəsi") və Cəlalın ("Yeddi oğul istərəm") arasında fərq çox idi. Amma rejissorlar axtarıb o nüansları tapa bilirdilər".Ənvər müəllim deyir ki, uşaqkən həm aktyorluqdan başqa, həm də hərbiçi olmağı arzulayıb:"Məni o vaxt əsgər aparmaq istəmirdilər, çox tanınmış insan idim. O vaxt "26-lar bağı"nın yanında zabitlər evi var idi, mənə dedilər "sən Azərbaycanda qalacaqsan, elə burada da fəaliyyət göstərəcəksən". Mən imtina etdim, əsgərlik borcumu yerinə yetirmək istədim. Əsgər gedəndə 7 idman dərəcəm var idi. Rusiyada 7 noyabrda "Böyük Oktyabr İnqilabı" bayramında zabit məni hərbi hissədən çıxardı, apardı zabitlər klubuna. Kluba çatanda gördüm ki, mənim şəklim olan böyük bir afişa asılıb. Məni səhnəyə çıxardılar. Hamı təəccüb içində idi ki, o dövrün ən məşhur aktyoru onlarla birlikdə hərbi xidmətdədir. Mənə dedilər ki, sən zabitlər klubunda qal. Dedim yox, mən xidmətimi halallıqla yerinə yetirmək istəyirəm. Rahatlıq istəsəydim, Bakıda qalardım. Oradan Monqolustana getdim, xüsusi təyinatlı qoşunlarda xidmət edirdim. Oradan zabit kimi qayıtdım Vətənə. Hər iki arzum həyata keçdi, həm zabit oldum, həm də aktyor oldum".Ənvər müəllim mərhum ömür-gün yoldaşından söz açarkən qəhərləndi. Aktyorun həyat yoldaşı öz həmkarı olub. Sevdiyi xanım Mömunat Qurbanovanı kinoya gətirən də elə Ənvər Həsənov olub. Birlikdə bir neçə filmə çəkilsələr də Mömunat xanım həyat yoldaşının məsləhəti ilə sənətdən uzaqlaşıb:1985-ci ildə "Qanlı zəmi" filmi çəkiləndə rejissorlar Həcər obrazı üçün aktrisa tapa bilmirlər. Ənvər müəllim həmin filmdə həm aktyor, həm də ikinci rejissor olub. Həmin filmin rejissorları Həsənağa Turabov və Əbdül Mahmudovun təkidi ilə Mömunat xanım həmin filmdə baş rolu – Həcəri ifa edir:"Əbdül mənə zəng etdi ki, təcili gəl kinostudiyaya, Həsən səni görmək istəyir. Gəldim gördüm ki, qanları qaradır. Dedim nə olub? Dedilər nə olacaq? Hər şey hazırdır – məkanlar, aktyorlar, geyimlər. Amma bu boyda Azərbaycanda Həcər tapa bilmirik. Aparmısan "Həcər"i gizlətmisən evdə. Dedim axı Mömunatın işi var, uşaq da balacadır. Nə qədər inad etsəm də saqqızımı oğurladılar. Sonra ona at sürməyi, tüfəng atmağı öyrətdim. Ondan sonra başqa filmdə də rol aldı, amma epizodik rol idi".Əfsanəvi aktyor etiraf edir ki, Mömunat xanımı kinodan uzaqlaşdırdığına görə, peşmandır:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0d/444970126_101:0:869:576_1920x0_80_0_0_ca318ce6410364b152654ce530c86cef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aktyor, mədəniyyət, kino, aktyor, rejissor, xalq artisti
aktyor, mədəniyyət, kino, aktyor, rejissor, xalq artisti
Seriallarda saqqallı kişiləri görüb əsəbiləşirəm - Həm zabit, həm aktyor olan xalq artisti
"Uşaqlığın son gecəsi", "Qanlı zəmi", "Yedddi oğul istərəm", "Dərviş Parisi partladır", "Dəli Kür", "Dədə Qorqud kimi 70-dən artıq filmdə rol alan Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər var.
BAKI, 14 avqust — Sputnik. O, Azərbaycan kinosunun intibah dövrünün ən tanınmış aktyorlarından biri olub. Hələ gənc ikən məşhur rejissorların diqqətini cəlb edib. Yetmişdən artıq filmdə irili-xırdalı obrazlar yaradıb. Söhbət xalq artisti Ənvər Həsənovdan gedir. Hazırda səhhətində problemlər olan xalq artisti kinomuzun bugünkü vəziyyətindən təəssüf hissi ilə söz açdı. Kino aktyoru kino günündə unudulduğuna görə məyus olduğunu dilə gətirdi:
"Avqusutun 2-ndə Milli kino günü qeyd olundu. Yetmişdən artıq filmə çəkilən aktyoram, amma unuduldum. Mədəniyyət naziriliyi təkcə məni yox, digər həmyaşıd sənət yoldaşlarımı da unutdu. Yaxşı ki, tək-tük sağ qalan sənət yoldaşlarım var, onlarla hərdən dərdləşirik".
Müasir Azərbaycan kinosuna gəldikdə isə aktyor bildirir ki, kinomuzun hazırkı vəziyyəti onu qane etmir:
"Ümumiyyətlə Azərbaycan telekanallarına baxmıram. Hərdən açıram xəbərlərə baxıram, onun da yarısı reklamdır. Hansısa şirkəti reklam edirlər. Çəkilən yeni serial və filmlər məni qane etmir. "Ata ocağı", "Bacılar", "Bacanaqlar" və s. kimi seriallara baxıb əsəbləşirəm. Baxıb ancaq saqqallı kişiləri görürəm. Başa düşmürəm, biz Pakistanda, Ərəbistanda yaşayırıq? Ona görə də baxmaq istəmirəm".
Uzun illərdir sevdiyi sənətdən ayrı düşən xalq artisti bu gün də film təklifləri alır. Amma sənətkar o təklifləri rədd edir:
"Bu il iki filmə dəvət etdilər. Dedim ssenarini təqdim təqdim edin, baxım. Dedilər gəlin, çəkilişdə həll edərik. Dedim belə film çəkmək olar? Dedim gələrəm, bircə şərtim var, mən çəkilən filmdə bir nəfə də olsa saqqallı olmayacaq, razılaşdılar. Amma o gedən getdilər, səs-soraq çıxmadı".
Kinomuzun həm çiçəklənən, həm də tənəzzül dövrünə şahidlik edən Ənvər Həsənov sənətə gəldiyi ilk illəri belə xatırlayır:
"1965-ci ildə xalq artisti Adil İsgəndərov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostuduyasının direktoru idi. Onun təşəbbüsü və rəhbərliyi altında respublikamızda kino aktyorlarına tələbatın artması məqsədilə Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdində "Kinoaktyor" studiyası yaradılmışdı. Hər kəs can atırdı ora qəbul olmağa. Səkkiz yüzdən artıq insan müraciət etmişdi. Onların içində cəmi 52 nəfər qəbul olundu. Mən 8-ci sinifdə oxuyurdum, mən də qəbul olunanlar sırasında idim. 1966-cı ildə Adil müəllim mənə dedi ki, "Ənvər, gəl səni kinostudiyaya işə götürüm, Arif Babayevin yanında rejissor köməkçisi işlə". Arif Babayev o vaxt "İnsan məskən salır" filminə başlamışdı. Hələ o vaxtlar kinostudiya tikilib qurtarmamışdı".
Həsənovun müəllimlərindən biri də rejissor Əlisəttar Atakişiyev olub. Gənc və yaraşıqlı aktyor Əlisəttar Atakişiyevin də diqqətindən yayınmayıb:
"Əlisəttar Atakişiyev mən və bir neçə kurs yoldaşımı "İstintaq davam edir" filminə epizodik rola dəvət etdi. Daha sonra Şamil Mahmudbəyov məni "Torpaq. Dəniz. Od. Səma" filminə dəvət elədi. Orada gənc əsgər rolunu mənə verdi. Həmin müddətlərdə də Arif Babayev məni izləyirmiş. Hərdən mənə deyirdi ki, "səni filmə çəkəcəm", inanmırdım. Bir gün Arif müəllim məni yanına çağırdı, dedi ki, "yadındadırsa mən sənə demişdim səni filmə çəkəcəm. Ssenarini oxu, hazırlaş, 10-15 günə məşqlərə başlayacağıq".
Beləliklə, 1968-ci ildə Ənvər Həsənovun ilk debüt filmi ekranlaşdırılır. "Murad" onun yaradıcılığının kuliminasiya nöqtəsi olur:
"Bildiyiniz kimi, əvvəlcə bədii ssenari yazılır, sonra rejissor ssenarisi yazılır. Rejissor ssenarisi yazılanda Arif müəllimin məni nə üçün izlədiyi aydın oldu. Beləliklə mən "Uşaqlığın son gecəsi" filmində baş rolu ifa etdim. Murad obrazı tam mənim üstümə biçilmişdi. Səksən faiz mənim xarakterim idi. O film mənim üçün böyük bir uğur idi. Ümumiyyətlə, o film azərbaycan kinosunda çox uğurlu filmlərdən oldu. Eyni anda 4 beynəlxalq mükafatı qazandı. Ondan sonra ard-arda film təklifləri gəldi. Əksəriyyəti də baş rollar oldu. O vaxtkı rejissorlar bir aktyoru filmə dəvət edəndə onun xarakterinə uyğun rol verirdilər. Rol və aktyorun xarakteri vəhdət təşkil edəndə film daha uğurlu olur. Düzdür, Murad ("Uşaqlığın son gecəsi") və Cəlalın ("Yeddi oğul istərəm") arasında fərq çox idi. Amma rejissorlar axtarıb o nüansları tapa bilirdilər".
Ənvər müəllim deyir ki, uşaqkən həm aktyorluqdan başqa, həm də hərbiçi olmağı arzulayıb:
"Məni o vaxt əsgər aparmaq istəmirdilər, çox tanınmış insan idim. O vaxt "26-lar bağı"nın yanında zabitlər evi var idi, mənə dedilər "sən Azərbaycanda qalacaqsan, elə burada da fəaliyyət göstərəcəksən". Mən imtina etdim, əsgərlik borcumu yerinə yetirmək istədim. Əsgər gedəndə 7 idman dərəcəm var idi. Rusiyada 7 noyabrda "Böyük Oktyabr İnqilabı" bayramında zabit məni hərbi hissədən çıxardı, apardı zabitlər klubuna. Kluba çatanda gördüm ki, mənim şəklim olan böyük bir afişa asılıb. Məni səhnəyə çıxardılar. Hamı təəccüb içində idi ki, o dövrün ən məşhur aktyoru onlarla birlikdə hərbi xidmətdədir. Mənə dedilər ki, sən zabitlər klubunda qal. Dedim yox, mən xidmətimi halallıqla yerinə yetirmək istəyirəm. Rahatlıq istəsəydim, Bakıda qalardım. Oradan Monqolustana getdim, xüsusi təyinatlı qoşunlarda xidmət edirdim. Oradan zabit kimi qayıtdım Vətənə. Hər iki arzum həyata keçdi, həm zabit oldum, həm də aktyor oldum".
Ənvər müəllim mərhum ömür-gün yoldaşından söz açarkən qəhərləndi. Aktyorun həyat yoldaşı öz həmkarı olub. Sevdiyi xanım Mömunat Qurbanovanı kinoya gətirən də elə Ənvər Həsənov olub. Birlikdə bir neçə filmə çəkilsələr də Mömunat xanım həyat yoldaşının məsləhəti ilə sənətdən uzaqlaşıb:
"Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov "Dərviş Parisi partladır" filmini çəkirdilər. Həmin filmdə mən ikinci rejissor idim. Film üçün aktyor axtarmaq məqsədi ilə İncəsənət Universitetinə getdik. Orada Mömunat xanımı gördüm, onu da dəvət etdik. Filmə təsdiq olundu. Tanışlığımız o filmlə başladı. Mən həmin filmdə Şahbazı, o isə Şərəfnisəni oynayırdı. O zamanlar hələ tələbə idi. 1979-cu ildə universiteti bitirdikdən sonra, biz ailə qurduq. Kinoya böyük sevgisi olsa da mən qarşı çıxdım. Dedim ki, kinonun nə gündüzü, nə gecəsi var. Əslində özü də "Dərviş Parisi partladır"da bunu görmüşdü".
1985-ci ildə "Qanlı zəmi" filmi çəkiləndə rejissorlar Həcər obrazı üçün aktrisa tapa bilmirlər. Ənvər müəllim həmin filmdə həm aktyor, həm də ikinci rejissor olub. Həmin filmin rejissorları Həsənağa Turabov və Əbdül Mahmudovun təkidi ilə Mömunat xanım həmin filmdə baş rolu – Həcəri ifa edir:
"Əbdül mənə zəng etdi ki, təcili gəl kinostudiyaya, Həsən səni görmək istəyir. Gəldim gördüm ki, qanları qaradır. Dedim nə olub? Dedilər nə olacaq? Hər şey hazırdır – məkanlar, aktyorlar, geyimlər. Amma bu boyda Azərbaycanda Həcər tapa bilmirik. Aparmısan "Həcər"i gizlətmisən evdə. Dedim axı Mömunatın işi var, uşaq da balacadır. Nə qədər inad etsəm də saqqızımı oğurladılar. Sonra ona at sürməyi, tüfəng atmağı öyrətdim. Ondan sonra başqa filmdə də rol aldı, amma epizodik rol idi".
Əfsanəvi aktyor etiraf edir ki, Mömunat xanımı kinodan uzaqlaşdırdığına görə, peşmandır:
"Son döyüş" filmində də tərəf müqabilim oldu. Mənim həyat yoldaşımı oynayırdı. Onun sonuncu filmi oldu. Hərdən o filmlərə baxanda fikirləşirəm ki, kaş ki, icazə verəridim o filmlərə çəkilərdi. Çox cavan köçdü bu dünyadan. Məni həddən artıq çox sevirdi. Onda qəribə bir Allah vergisi var idi. Əvvəlcədən hər şeyi hiss edirdi. Ölümündən 1 ay əvvəl mənə dedi ki, "mən səndən əvvəl öləcəyəm. Sən tək yaşaya bilməzsən. Mənim məclisimi yola ver, sonra evlən" Mən onun sözünə inanmadım. Bir ay sonra avtoqəzada rəhmətə getdi. Amma mən əhdimizə sadiq qaldım, evlənmədim. Tez-tez qəbrini ziyarət edirəm, saatlarla qəbrinin üstündə onunla danışıram. Mən evlənsəydim belə, yenə də gözüm onu axtaracaqdı".