https://sputnik.az/20220814/salman-rusdiye-edilen-hucumdan-sonra-daha-bir-meshur-yazici-hedelenir-445002863.html
Salman Rüşdiyə edilən hücumdan sonra daha bir məşhur yazıçı hədələnir
Salman Rüşdiyə edilən hücumdan sonra daha bir məşhur yazıçı hədələnir
Sputnik Azərbaycan
Roulinq, Rüşdiyə edilən hücumdan sonra Twitter-də aldığı təhdidlərə görə polisə şikayət edib 14.08.2022, Sputnik Azərbaycan
2022-08-14T22:09+0400
2022-08-14T22:09+0400
2022-08-14T22:09+0400
yazıçı
dünya xəbərləri
qəsd
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434802206_0:0:2555:1438_1920x0_80_0_0_76309774cc8c5b6f1a6885a9c0b6c531.jpg
BAKI, 14 avqust — Sputnik. Britaniyalı yazıçı və Harri Potter serialının müəllifi C. Roulinq Twitter-də aldığı təhdidlərdən sonra polisə şikayət edib"Polis cəlb olunub (və artıq digər təhlükələrlə bağlı qoşulub)", - deyə Roulinq sosial şəbəkədə yazıb.Roulinq yazıçı Salman Rüşdiyə hücumla bağlı təəssüf hissini bildirdikdən sonra Twitter istifadəçisi onu ölümlə hədələyib. Sosial şəbəkə istifadəçisi Roulinqin rəğbət dolu şərhinin altında "Narahat olmayın, növbəti sizsiniz", – deyə yazıb.Təhdidlər aldıqdan sonra Roulinq Twitter dəstəyi ilə əlaqə saxlayıb, lakin yazıçının şikayət etdiyi şərhdə saytın qaydalarının pozulmasını görməyiblər.Bu, Roulinqə qarşı ilk təhdid deyil. Keçən noyabrda “Independent” qəzeti yazıb ki, Şotlandiya polisi yazıçının fikirlərini pisləyən üç fəalın onun ünvanının görünəcəyi tərzdə evinin qarşısında şəkillərini çəkib Twitter-də dərc etdirdikdən sonra almağa başladığı təhdid məktubları hadisəsini araşdırır. Bu ilin yanvarında bütün olanlara baxmayaraq, Şotlandiya polisi Roulinqin ev ünvanının dərcini cinayət hesab etməyib.Cümə günü, avqustun 12-də yazıçı Rüşdi Nyu-York ştatında institutun səhnəsində çıxışdan əvvəl hücuma məruz qalıb. Polis Rüşdinin boyun və mədəsindən ən azı iki bıçaq yarası aldığını bildirib. Hücum edən şəxs saxlanılıb. Bu, Nyu-Cersidən olan 24 yaşlı Hadi Matardır. NBC News mənbəyə istinadən xəbər verir ki, Matar, ilkin məlumatlara görə, İran islam inqilabı keşikçiləri Korpusuna (İİKK) rəğbət bəsləyir.Rüşdinin “Şeytan ayələri” (1988) romanı islama zidd hesab edildiyi üçün müsəlman dünyasında hiddət doğurmuşdu. İranlı ayətullah Ruhulla Xomeyni öz fətvasında Rüşdini açıq şəkildə lənətləyərək onu edam cəzasına məhkum etmişdi. Yazıçı uzun müddət gizlənmək məcburiyyətində qalmış, onun kitabı bir sıra ölkələrdə qadağan edilmişdi. İranda Xomeyninin fətvasının yerinə yetirilməsinə görə bir neçə milyon dollar mükafat elan edilib.Coan Rouliq 1997-2007-ci illərdə nəşr olunmuş və 65 dilə tərcümə edilmiş yeddi “Harri Potter” kitabının müəllifidir. Onların ümumi tirajı 400 milyon nüsxəni keçir. 2011-ci ildə ekranlara seriyanın son ekranlaşdırılmış filmi çıxıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434802206_0:0:2555:1916_1920x0_80_0_0_2753d91d44ed64b088d52560e4fa129f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
yazıçı, qəsd
Salman Rüşdiyə edilən hücumdan sonra daha bir məşhur yazıçı hədələnir
Roulinq, Rüşdiyə edilən hücumdan sonra Twitter-də aldığı təhdidlərə görə polisə şikayət edib
BAKI, 14 avqust — Sputnik. Britaniyalı yazıçı və Harri Potter serialının müəllifi C. Roulinq Twitter-də aldığı təhdidlərdən sonra polisə şikayət edib
"Polis cəlb olunub (və artıq digər təhlükələrlə bağlı qoşulub)", - deyə Roulinq sosial şəbəkədə yazıb.
Roulinq yazıçı Salman Rüşdiyə hücumla bağlı təəssüf hissini bildirdikdən sonra Twitter istifadəçisi onu ölümlə hədələyib. Sosial şəbəkə istifadəçisi Roulinqin rəğbət dolu şərhinin altında "Narahat olmayın, növbəti sizsiniz", – deyə yazıb.
Təhdidlər aldıqdan sonra Roulinq Twitter dəstəyi ilə əlaqə saxlayıb, lakin yazıçının şikayət etdiyi şərhdə saytın qaydalarının pozulmasını görməyiblər.
Bu, Roulinqə qarşı ilk təhdid deyil. Keçən noyabrda “Independent” qəzeti yazıb ki, Şotlandiya polisi yazıçının fikirlərini pisləyən üç fəalın onun ünvanının görünəcəyi tərzdə evinin qarşısında şəkillərini çəkib Twitter-də dərc etdirdikdən sonra almağa başladığı təhdid məktubları hadisəsini araşdırır. Bu ilin yanvarında bütün olanlara baxmayaraq, Şotlandiya polisi Roulinqin ev ünvanının dərcini cinayət hesab etməyib.
Cümə günü, avqustun 12-də yazıçı Rüşdi Nyu-York ştatında institutun səhnəsində çıxışdan əvvəl hücuma məruz qalıb. Polis Rüşdinin boyun və mədəsindən ən azı iki bıçaq yarası aldığını bildirib. Hücum edən şəxs saxlanılıb. Bu, Nyu-Cersidən olan 24 yaşlı Hadi Matardır. NBC News mənbəyə istinadən xəbər verir ki, Matar, ilkin məlumatlara görə, İran islam inqilabı keşikçiləri Korpusuna (İİKK) rəğbət bəsləyir.
Rüşdinin “Şeytan ayələri” (1988) romanı islama zidd hesab edildiyi üçün müsəlman dünyasında hiddət doğurmuşdu. İranlı ayətullah Ruhulla Xomeyni öz fətvasında Rüşdini açıq şəkildə lənətləyərək onu edam cəzasına məhkum etmişdi. Yazıçı uzun müddət gizlənmək məcburiyyətində qalmış, onun kitabı bir sıra ölkələrdə qadağan edilmişdi. İranda Xomeyninin fətvasının yerinə yetirilməsinə görə bir neçə milyon dollar mükafat elan edilib.
Coan Rouliq 1997-2007-ci illərdə nəşr olunmuş və 65 dilə tərcümə edilmiş yeddi “Harri Potter” kitabının müəllifidir. Onların ümumi tirajı 400 milyon nüsxəni keçir. 2011-ci ildə ekranlara seriyanın son ekranlaşdırılmış filmi çıxıb.