Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabaha olan hava proqnozu açıqlanıb

© AFP 2023 / BARBARA GINDL / APA / AFPGünəşli hava, arxiv şəkli
Günəşli hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.08.2022
Abunə olmaq
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək.
BAKI, 14 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən günəşli olacaq, cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti, Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.
Xəbər lenti
0