Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya vətəndaşların mübadiləsi ilə bağlı konkret addımlara hazırdır - XİN

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 14.08.2022
Abunə olmaq
Vaşinqton ABŞ-da həbs cəzası çəkən rusiyalı iş adamı Viktor Butu Rusiyada casusluq və narkotik qaçaqmalçılığına görə məhkum olunmuş Pol Uilan və Britni Qraynerlə dəyişməyi təklif edib.
BAKI, 14 avqust — Sputnik. Moskva vətəndaşların mübadiləsi ilə bağlı peşəkar işə hazırdır, lakin ABŞ konkret iş əvəzinə intriqa və spekulyasiyaya davam edərsə, o zaman amerikalılar Vaşinqtona sual ünvanlamalıdırlar, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Rusiya tərəfdən bunun üçün hər şey hazırdır. Amma Amerika tərəfi bu dəhşətli siyasi intriqa və çəkişmələrdə davam etsə, o zaman qoy Amerika vətəndaşları öz qəhrəmanlarını tanısınlar", - Zaxarova bildirib.
"Bir daha vurğulamaq istəyirəm: Rusiya tərəfi bu məsələ ilə bağlı peşəkar söhbətə və konkret addımlara hazırdır. Amma bunu yalnız peşəkar insanlar etməlidir. Bu, mikrofonda görülməyən işdir", - o əlavə edib.
Bundan əvvəl Vaşinqton Moskvaya silah alverinə görə ABŞ-da həbs cəzası çəkən rusiyalı iş adamı Viktor Butu Rusiya Federasiyasında casusluq və narkotik qaçaqmalçılığına görə məhkum olunmuş Pol Uilan və Britni Qraynerlə dəyişməyi təklif edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov (sağda) və ABŞ dövlət katibi Entoni Blinken Cenevrədə görüş zamanı - Sputnik Azərbaycan, 1920, 04.08.2022
DÜNYA XƏBƏRLƏRİ
ABŞ Blinkenlə Lavrov arasında təmasların mümkünlüyünü istisna etmir
Xəbər lenti
0