DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Blinkenlə Lavrov arasında təmasların mümkünlüyünü istisna etmir

© Sputnik / Павел Бедняков / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov (sağda) və ABŞ dövlət katibi Entoni Blinken Cenevrədə görüş zamanı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov (sağda) və ABŞ dövlət katibi Entoni Blinken Cenevrədə görüş zamanı - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Abunə olmaq
Lavrovla Blinkenin cümə günü telefon danışığı mövzularından biri də əsirlərin mübadiləsi olub.
BAKI, 4 avqust - Sputnik. ABŞ dövlət katibi Entoni Blinkenin Kambocada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla məhbus mübadiləsini vaxtaşırı müzakirə edəcəyini istisna etmir. Bu barədə cümə axşamı Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
İki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri hazırda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında keçirilən tədbirlərdə iştirak etdikləri Pnompendədirlər. "O (Blinken) əvvəldən bu işdə çox fəal iştirak edir və şübhəsiz ki, Lavrovla danışmaq imkanı olsa, bunu edəcək", - NBC-nin müxbiri Andrea Mitçel öz Twitter səhifəsində Kirbinin sözlərindən sitat gətirir.
Bundan əvvəl Vaşinqton Moskvaya silah alverinə görə ABŞ-da həbs cəzası çəkən rusiyalı iş adamı Viktor Butu Rusiya Federasiyasında casusluq və narkotik qaçaqmalçılığına görə məhkum olunmuş Pol Uilan və Britni Qraynerlə dəyişməyi təklif edib. CNN telekanalının cümə axşamı Co Baydenin nümayəndəsinə istinadən verdiyi məlumata görə, ABŞ hakimiyyəti mübadilə ilə bağlı danışıqları davam etdirəcək, lakin hazırda "top Rusiyanın tərəfindədir".
Lavrovla Blinkenin cümə günü telefon danışığı mövzularından biri də əsirlərin mübadiləsi olub. Rusiya XİN-dən verilən məlumata görə, Lavrov amerikalı həmkarını bu məsələdə “sakit diplomatiyaya” qayıtmağa çağırıb.
Bazar ertəsi ənənəvi mətbuat brifinqində Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, Vaşinqton administrasiyası Rusiya hökumətinin ABŞ-ın həbsdə olan vətəndaşların mübadiləsi ilə bağlı təkliflərinə cavabını qeyri-ciddi hesab edir.
Lavrov  - Sputnik Azərbaycan, 1920, 03.08.2022
RUSİYA
Lavrov Pelosinin Tayvana səfərini şərh edib
Xəbər lenti
0