DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Le Monde: Fransa Ukraynaya görə özünü çətin vəziyyətə salıb

© Lukas Barth / Pool via APFransa prezidenti Emmanuel Makron
Fransa prezidenti Emmanuel Makron - Sputnik Azərbaycan, 1920, 14.08.2022
Abunə olmaq
Müharibə vəziyyəti yaranarsa, Ukraynaya görə Fransa ordusunda kifayət qədər artilleriya və sursat çatışmayacaq
BAKI, 14 avqust — Sputnik. Fransa silahlı qüvvələri Ukraynaya silah tədarükü səbəbindən kəskin artilleriya və sursat çatışmazlığı ilə üzləşib ki, bu da ölkəni “yüksək intensivlikli münaqişədə” iştirak edəcəyi təqdirdə həssas vəziyyətə gətirib. Bu barədə “Le Monde” qəzeti yüksək rütbəli hərbçilərin və ekspertlərin rəyinə istinadən yazır.
Beləliklə, fransızlar 76 CAESAR özüyeriyən artilleriya qurğusundan 18-ni Kiyevə göndəriblər. “Artilleriya rəsədxanası”nın ekspertləri isə bildiriblər ki, ölkənin müharibədə müdafiə qabiliyyəti üçün 215 ədəd belə silah lazımdır.
Fransa Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi admiral Pyer Vandye sursat çatışmazlığına diqqət çəkib. O, dəqiq rəqəmlər deməyib, lakin dəqiqləşdirib ki, aktiv döyüş əməliyyatları zamanı “hava-hava” tipli raketlər “tez tükənəcək”.
Fransa lideri Emmanuel Makron Vladimir Zelenskiyə Parisin Ukraynaya ağır silahların çatdırılmasını davam etdirməyə hazır olduğunu daha əvvəl təsdiqləyib.
Xatırladaq ki, Avropa İttifaqının Avropa Sülh Fondundan Ukraynaya silah tədarükü üçün ayırdığı 2 milyard avro 7 il üçün nəzərdə tutulsa da, bu vəsait 5 aya xərclənib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0