Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırılıb

© BRUCE BENNETT / Getty Images via AFPAZAL təyyarəsi, arxiv şəkli
AZAL təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.08.2022
Abunə olmaq
Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.
BAKI, 14 avqust — Sputnik. Ekipaj üzvləri və mühəndis-texniki heyəti tərəfindən təyyarəyə baxış keçirildikdən sonra səbəb müəyyən edilib - sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı. Hava gəmisinin tam saz vəziyyətində və uçuşa hazır olması qərarı qəbul edilib.
Bu barədə "Report"a “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.
Reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər.
Qeyd edilir ki, AZAL-ın uçuş heyətinin hərəkətləri aviaşirkətin ən mühüm vəzifəsi olan sərnişinlərin tam təhlükəsizliyinin təmin edilməsi ilə əsaslanır.
***
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə AZAL məlumat yayıb.
Təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.
AZAL təyyarəsi - Sputnik Azərbaycan, 1920, 04.07.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
AZAL bu istiqamət üzrə uçuşların sayını artırır
Xəbər lenti
0