https://sputnik.az/20220813/xaricde-doktorantura-tehsili-almaq-isteyenlerin-nezerine-444969627.html
Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!
Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!
Sputnik Azərbaycan
Azərbaycanda 2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı iştirakçılarının təhsili Dövlət Neft... 13.08.2022, Sputnik Azərbaycan
2022-08-13T12:33+0400
2022-08-13T12:33+0400
2022-08-13T13:12+0400
doktorantura
təhsil
dövlət neft fondu
elm və təhsil nazirliyi
proqram
https://cdnn1.img.sputnik.az/img/07e5/09/14/427964676_0:139:3073:1867_1920x0_80_0_0_086c2f4f5a6fda028d961204a8fef96c.jpg
BAKI, 13 avqust-Sputnik. Xaricdə doktorantura təhsilinə dair “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2022-ci il üzrə ikinci sənəd qəbulu aparılır.Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, proqrama sentyabrın 1-dək müraciət etmək olar. Sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki Elm və Təhsil Nazirliyinin saytında yerləşdirilib.Əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət etmək olar.Qeyd edək ki, proqram iştirakçılarının təhsili Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/14/427964676_0:0:2731:2048_1920x0_80_0_0_38d48b9a458ec1ec17e7309af447e232.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
doktorantura, dövlət neft fondu, elm və təhsil nazirliyi, proqram
doktorantura, dövlət neft fondu, elm və təhsil nazirliyi, proqram
Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!
12:33 13.08.2022 (Yenilənib: 13:12 13.08.2022) Azərbaycanda 2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı iştirakçılarının təhsili Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.
BAKI, 13 avqust-Sputnik. Xaricdə doktorantura təhsilinə dair “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2022-ci il üzrə ikinci sənəd qəbulu aparılır.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proqrama sentyabrın 1-dək müraciət etmək olar. Sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki Elm və Təhsil Nazirliyinin saytında yerləşdirilib.
Əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət etmək olar.
Qeyd edək ki, proqram iştirakçılarının təhsili Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.